SOCAR-ın açıqlamasına görə, Mübariz Mənsimov yalan danışıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) son günlərdə mediada yayımlanan məlumatlara aydınlıq gətirib.
Şirkətdən verilən məlumata görə, SOCAR və Palmali Qrup arasında əvvəllər mövcud olmuş Daşıma Xidmətləri Müqavilələrinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib:
"Tərəflər arasında heç bir zaman birgə müəssisə (ortaq şirkət) mövcud olmamışdır. SOCAR hazırda özünə məxsus malların daşınmasını özünə aid resurslar vasitəsilə həyata keçirir. Son günlərdə mətbuatda qeyd olunan 14 gəmi isə SOCAR tərəfindən satın alınmışdır. Bu gəmilər əvvəllər Palmali Qrupuna məxsus olmuş, lakin sonradan tərəflər arasında bərabər şəraitdə aparılmış danışıqlar nəticəsində əldə olunmuş razılığa və alqı-satqı müqaviləsinə əsasən SOCAR-a satılmışdır".
"PALMALİNİN SOCAR-A BORCU VAR"
Şirkətdən bildirilib ki, müxtəlif mətbuat orqanlarında bu gəmilərin SOCAR tərəfindən müsadirəsi xəbəri isə həqiqətə uyğun deyil:
"Palmali Qrupunun hazırda SOCAR-a külli miqdarda borcu vardır. Bu borc tərəflər arasında əvvəllər mövcud olmuş müqavilə münasibətlərindən əmələ gəlmiş və bu hələ də həllini tapmamış məsələ ilə bağlı daha geniş açıqlamaların verilməsini məqsədəuyğun hesab etmirik”.
MÜBARİZ MƏNSİMOV NƏ DEMİŞDİ?
"Bizim SOCAR-la ortaq şirkətimiz var idi, burada pay nisbəti 35/65 idi. İki il öncə həmin şirkətdən ayrılma qərarı aldıq. İki tərəfli anlaşma əldə olundu, həmin şirkətdən ayrıldığıma görə 14 tankeri SOCAR-a buraxdım. Ayrılma qərarını özüm aldım. Burda kimin haqlı olub-olmaması ilə bağlı müzakirə açmaq istəmirəm. Məhkəmə yolu açıqdır, istənilən zaman hər iki tərəf məhkəməyə müraciət edə bilər. Yazırlar ki, “Palmali” batır. Hə yoxdur “Palmali” rahatlasınlar. Nə istəyirlər? Birincisi, şirkətin batmağını həyatda görə bilməzlər. İkincisi, niyə mənim vətənimdən haqqımda düzgünolmayan informasiyalar yayırlar. Belə sifarişli yazılarla vicdanları sızlamır? Nə etmək istəyirlər mənim başım çıxmır", - Mübariz Mənsimov bildirmişdi. Daha ətraflı: http://marja.az/news/19189
Mənbə: Report, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 3 gün sonra
-
- 4 d. əvvəl
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 9 saat əvvəl
-
18 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 18 saat əvvəl
-
21 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
21 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
21 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qızıl gətir, sərfəli kredit götür!
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Ən çox oxunanlar
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb



























