Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR, Mübariz Mənsimovun 14 gəmisini müsadirə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR, Mübariz Mənsimovun 14 gəmisini müsadirə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Palmali Holding" SOCAR və “Lukoil” şirkəti tərəfindən “qara siyahı”ya salınıb.

 

 Türkiyə mediasının verdiyi məlumata görə, buna səbəb dünyanın ən böyük tanker donanmasına malik olan şirkət ilə SOCAR və “Lukoil” arasında uzun müddətdir baş verən məhkəmə çəkişməsidir.

 

Məlumata görə, dünyanın ən irihəcmli xam neft istehsalçısı olan “Lukoil” və bu şirkətin törəmələri "Palmali" şirkətlər qrupunun törəməsi "Palmali Denizçilik" ilə neft daşıması üzrə müqavilələrə xitam verib.

 

Bununla yanaşı, SOCAR da "Palmali”yə məxsus gəmilərin emal zavodlarına və müəssisələrinə girişinə qadağa qoyub. "Palmali Denizçilik" şirkəti borclarını vaxtında ödəmədiyinə görə SOCAR-ın şirkətə məxsus 14 gəmini öz mülkiyyətinə keçirdiyi bildirilir.

 

Qeyd edək ki, bir müddət öncə "Palmali Holding" ikinci dəfə "Lukoil" şirkətinin törəmə müəssisəsi olan "Litasco"nu məhkəməyə verib və 2 mlrd. dollar məbləğində təzminat tələb edib.

 

Azərbaycanda doğulmuş iş adamı Mənsimov Mübariz Qurban oğlu Palmali Şirkətlər Qrupunun sahibidir.

 

Qeyd edək ki, artıq Mənsimov gəmilərin müsadirəsinə reaksiya verib: http://marja.az/news/19189

 

© APA

15.01.2018 15:13
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar