Baxın hansı region 1-cidir - illik investisiya reytinqi
Caspian European Club Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqini hazırlayıb.
Bu barədə Caspian European Club-un sədrinin birinci müavini Telman Əliyev məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan regionlarının investisiya reytinqinin lideri ən yüksək ümumi bal toplamış Naxçıvan Muxtar Respublikası olub. Sözügedən reytinq Caspian Energy jurnalının yekun nömrəsində dərc olunacaq.
“Reytinqin əsas rəqəmləri göstərir ki, ölkənin regionlarının 2017-ci ilin üç rübü ərzindəki iqtisadi inkişaf nəticələrinin ötən illə müqayisədə əsas fərqləndirici cəhəti regionların qeyri-bərabər sosial-iqtisadi inkişafıdır”, - deyə Telman Əliyev bildirib.
O vurğulayıb ki, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin səfirləri Caspian Energy jurnalına müsahibələri zamanı Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafını xüsusilə qeyd edib, Naxçıvan rəhbərliyinin alternativ və bərpa olunan enerji mənbələrinə, həmçinin innovasiya texnologiyalarının tətbiqinə və turizmin inkişafına göstərdiyi diqqətə valeh olduqlarını bildiriblər.
Naxçıvanda istehsal olunan məhsulların müxtəlifliyi və yüksək keyfiyyəti, həmçinin Muxtar Respublikanın hakim dairələrinin yerli iqtisadiyyatın inkişafı və regional məhsul çeşidlərinin diversifikasiyası üçün göstərdikləri səylər səfirlərdə yüksək təəssürat oyadıb. Onlar sənaye məhsullarının çeşidlərinin davamlı artırılması prosesinin Azərbaycanın digər regionlarında da getdiyindən əminliklərini ifadə ediblər.
“Bu reytinqi biz bir neçə il ərzində Caspian European Club-un Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev üçün hazırlamışıq. Ötən ildən etibarən investisiya reytinqini Caspian Energy jurnalının yekun nömrəsində dərc edirik”, - deyə Telman Əliyev əlavə edib.
Ermənistan tərəfindən tamamilə işğal olunmuş rayonlar üzrə statistikanın göstərilməsi qeyri-mümkün olduğundan onlarla müqayisə aparılmamışdır. İşğal faktı ayrıca təsvir olunmuşdur ki, bu da öz növbəsində həmin mühüm problemi bir daha jurnalın geniş beynəlxalq oxucu auditoriyasının diqqətinə çatdırmaq imkanı yaradır.
18 parametr üzrə sıralanan regionlar altı qrupa bölünüb: sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı.
“Caspian Energy jurnalının bu nömrəsi dünyanın 70 ölkəsinin dövlət və hökumət başçılarına, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının və aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinə təqdim olunacaq”, - deyə Telman Əliyev qeyd edib.
O əlavə edib ki, 2017-ci ilin investisiya reytinqi ilə yanaşı, jurnalda həmin regionlarda fəal şəkildə işləyən müəssisə rəhbərlərinin məqalələri və müsahibələri də dərc olunacaq.
“Bizim təşəbbüsümüzü dəstəkləyən və jurnalın səhifələrində fəaliyyət göstərdikləri iqtisadi regionların qarşısında öz müəssisələrinin reklamını, həmçinin fəaliyyətləri ilə bağlı məlumatların əks olunduğu məqalə və müsahibələri yerləşdirməyə razılıq verən bütün şirkətlərə minnətdarlığımızı bildiririk. Biz sözügedən nəşrimizin səhifələrində təqdim olunmaq istəyən yeni şirkətlərlə də əməkdaşlığa açığıq”, - deyə Telman Əliyev vurğulayıb.
O bildirib ki, jurnalın qeyd olunan nömrəsində çap olunmuş məqalə və müsahibələrin hər biri Azərbaycanın regionlarının inkişafına uzunmüddətli investisiyaların cəlbi üçün əlavə təkan verə, potensial partnyorların, həmçinin Azərbaycanda istehsal olunan məhsul və xidmət istehlakçılarının axtarışına kömək edə biləcək.
“Həmçinin xatırlatmaq istəyirəm ki, bu ilin əvvəlində Azərbaycanın bütün şəhər və rayonları üzrə geniş investisiya reytinqini http://caspianenergy.net/ru portalında ayrıca dərc edəcəyik”, - deyə o söyləyib.
“Sözügedən buraxılışı əldə etmək istəyən hər kəs [email protected] ünvanı vasitəsilə Caspian Energy jurnalının redakisyasına müraciət etməlidir” – deyə Telman Əliyev əlavə edib.
Caspian Energy dünyanın 70 ölkəsində yayılır. 18 il ərzində jurnalda dünyanın müxtəlif dövlətlərinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin analitik material və xülasələri çap olunur.
Müxtəlif qiymətləndirmələrə görə, Xəzər-Qara dəniz və Baltik regionunun aparıcı nəşrlərinin ilk beşliyinə daxil edilmiş “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının bir çox investorlarının fəaliyyətində əsas oriyentir rolunda çıxış edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
41 d. əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
1 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
1 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
1 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
2 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
2 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
2 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır






























