Kiloqramı 10-12 manata satılır, Rusiya bazarlarına aparırlar
Göyçaylı fermerlər gəlirli sahə sayılan və bir çox xəstəliklərin dərmanı olan sarımsaq əkini ərazilərini xeyli genişləndiriblər. Sarımsaq əkini rayonun əsasən İnçə, Alxasafa, Dövranlı, Hacalıkənd, Məlikənd, Şıxbəy, Şıxəmir kəndlərində kütləvi şəkildə həyata keçirilib. Bu kəndlərdə demək olar ki, bütün təsərrüfat sahibləri öz həyətyanı ərazisində və pay torpağında sarımsaq əkini aparıb. Təxminən 40-45 dərəcə şaxtaya davamlılığı ilə seçilən sarımsaq yüksək məhsuldarlığı ilə fərqlənir.
Rayonda sarımsağın əsasən Şirvan sortu becərilir. Sentyabrda əkilir və mayın sonunda məhsul yığılır. Fermer Sərkər Süleymanov deyir ki, sarımsağı yaxşı becərəndə və vaxtında suvaranda hər hektardan 12-14 ton məhsul götürmək mümkündür. Fermer bildirir ki, 2015-ci ildə həyətə gələn müştərilərə bir kiloqram sarımsaq 3 manata satılırdı, ötən il isə bu məhsul 4-5 manata təklif olunub. İş adamları kəndlilərdən aldıqları sarımsağı əsasən Rusiya bazarlarına aparırlar. Bunun üçün onlar indidən kəndlərə gələrək əvvəlcədən pul ödənişi edirlər. Məhsul yığımı vaxtı isə birbaşa sahədən alıb aparırlar. Hazırda Göyçayın mərkəzi bazarında yerli sarımsağın bir kiloqramı 10-12 manata satılır.
Fermer Orxan Xəlilovun sözlərinə görə, dövlət qayğısından bəhrələnən kəndlilər ixracyönümlü məhsul olan sarımsağın əkin sahələrini ildən-ilə artırırlar: “Sarımsaq əkini və yığımı əl əməyi ilə aparılır. Biz yüksək məhsul əldə etmək üçün əziyyət çəkməli oluruq. Bitkiləri ziyanvericilərdən qorumaq üçün vaxtında dərmanlama işləri görülür, eləcə də keyfiyyətli məhsul əldə etmək məqsədilə gübrə verilir. Cari ildə bir hektar ərazidə sarımsaq əkmişəm və gələcəkdə əkin sahələrini daha da genişləndirəcəm”.
Göyçay rayon Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, bu il ilk dəfə olaraq rayonun 17 kəndində, ümumilikdə, 25 hektar ərazidə sarımsaq əkini aparılıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
6 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
-
11 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
18 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 29 d. əvvəl
- 34 d. əvvəl
-
52 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Çinin ixracı yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb





.jpg)








.jpg)









