"2018-ci ildə USD/EUR məzənnəsi 1,20 həddini ötəcək"
Bu il avronun dollarla müqayisədə önəmli dərəcədə möhkımlənməsinə baxmayaraq, 2018-ci ildə də artımın davam edəcəyi və 1,20 USD/EUR həddini aşacağı proqnozlaşdırılır.
Belə bir ehtimalla "Deutsche Bank"ın analitikləri çıxış ediblər.
Proqnozda bildirilir ki, "USD/EUR artıq bizim 2017-ci il üçün hədəfimiz olan 1,17 səviyyəsini ötüb və bu dinamika davam edə bilər. Almaniyada siyasi qeyri-müəyyənlik nəticədə müsbət bitərək Böyük Koalisiyanın yaranmasına səbəb ola bilər. Valyuta cütlüyünün impulsu çox yüksəkdir. Bu il USD/EUR 14% artım göstərib. Lakin, bu elə də ekstremal rəqəm deyil. Belə ki, iki bölgə arasında ortaçəkili ticarət indeksində bu il 9% artım qeydə alınıb. 2018-ci ilin sonuna hədəfimiz 1,20 USD/EUR səviyyəsidir. Yəqin ki, məzənnə bu səviyyəni ötəcək".
"Avro öz ədalətli məzənnəsinə qayıdıb. Qlobal oyunçuların portfellərində avronun payı az olduğundan, ona tələb getdikcə daha da artır. Hələ ki, güclənən avronun Avropa iqtisadiyaytına mənfi təsirini görmürük. Avropa Mərkəzi Bankının (ECB) ilk faiz artımı da 2020-ci ildə gözlənilir", - deyə ekspertlər bildiriblər.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
18 d. əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 43 d. əvvəl
-
55 d. əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
1 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
3 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
-
4 saat əvvəl
Qarabağ Universitetinə ötən il büdcədən 17 milyon manat ayrılıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Ən çox oxunanlar
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
2025-ci ildə dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahat tədbirləri açıqlanıb



























