SOCAR İstiqrazı almaq istəyənlər kəskin artıb - İNVESTİSİYA ŞİRKƏTİ
SOCAR İstiqrazlarının ilk faiz ödəməsi əhalinin bu katğazlara marağını kəskin artırıb. Bu barədə investisiya şirkətlərindən bildirilib.
SOCAR-ın buraxdığı istiqrazlara görə ilk faiz ödənişinin həyata keçirilməsindən sonra investisiya şirkətlərinə bu kağızları almaq üçün müraciətlər çoxalıb.
Gözləntilərin doğrulması, yəni istiqrazlar üzrə faizlərin ödənişi vətəndaşların istiqrazlara yatırım vasitəsi kimi inamını çoxaldıb. Digər tərəfdən, bazarda çevik və gəlirli investisiya aləti olan SOCAR İstiqrazları öz rəqiblərini üstələyir.
“Kapital Menecment” investisiya şirkətinin analitiki Cəfər İbrahimli hesab edir ki, bunun səbəblərindən biri insanların bəzilərinin indiyədək gözləmə mövqeyi tutmasıdır:
"Bəzi investorlarda gözləmə mövqeyi var idi. İnsanlar bilmək istəyirdilər ki, istiqrazlar üzrə vədlər necə yerinə yetiriləcək, onlar vaxtında geri alınacaqmı, orda qoyulan şərtlər emitent və ya marketmeyker tərəfindən yerinə yetiriləcəkmi və ya faizlər deyilən vaxtda və şərtlərdə icra olunacaqmı?".
Mütəxəssisis bildirir ki, istiqrazlar üzrə bütün şərtlər bu günə qədər icra olunub: "Hesab edirəm ki bu investorlar üçün daha cəlb edici olacaq və investorların istiqrazlara marağı daha da artacaq".
C.İbrahimli bildirir ki, hazırda bazarda dollarla buraxılan, gəlirliyi və digər parametrlərinə görə, SOCAR istiqrazları ilə müqayisə edilə bilən alətlər yoxdur:
"2016-cı ilin əvvəlində Maliyyə Nazirliyi dollarla istiqraz buraxmışdı illik 3,5% gəlirlikdə, amma sonradan onların buraxılması dayandırıldı".
Dollarlavəsaitin yatırılması üçün digər üsul olan banklar da istiqrazlarla müqayisə edilə bilmir: "Banklara əmanət şəklində yerləşdirilməni siğortalanma çərçivəsində nəzərə alsaq gəlirlilik 3%-dir. Hətta bəzi banklar 3%dən də aşağı 1-3% gəlir təklif edirlər"- deyə C. İbrahimli qeyd edib.
Xatırladaq ki, SOCAR–ın 5 il müddətinə buraxdığı istiqrazların ümumi həcmi 100 milyon dollar, 1 ədədinin nominal dəyəri 1000 dollardır. SOCAR istiqrazlarının illik gəliri 5% təşkil edir, bu faizlər rübdə bir dəfə ödənilir. Faiz ödənişləri də dollarla həyata keçirilir. İstiqrazları istənilən vaxt təkrar bazarda satmaq, ən azı nominal dəyərinə geri qaytarmaq mümkündür.
İstiqrazlar üzrə ilk faiz ödənişi yanvarın 17-də baş tutub. Belə ki, istiqrazların bazara buraxılmasından sonra ilk 3 ayın sonunda istiqraz sahiblərinə ümumilikdə 1 250 000 dollar faiz ödənib. Növbəti faiz ödənişləri aprel, iyul və oktyabr aylarının 17-də həyata keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
52 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
7 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
13 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























