Agent şirkət Palatanın nəzarətində!
Sığorta agenti fəaliyyəti göstərən “Profam” MMC sözün əsl mənasında Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarətindədir.
"Marja"nın məlumatına görə, hazırda “Profam” sığorta vasitəçisində sığorta fəaliyyəti üzrə qanunvericiliyin tələblərinə riayət olunmasına dair yoxlama gedir və məlumatlar ictimayyətə açıqlanacaqdır.
"Beyli Group"a daxil olan “Profam” 2008-ci ildə yaradılmışdır. Şirkətin sığorta agenti lisenziyası vardır. Şirkətin əsas fəaliyyət istiqamətləri, könüllü və icbari sığorta növlərinin satışının təşkil edilməsi, sığorta müqavilələri bağlanan zaman sığorta predmetinə baxışın keçirilməsi, dəyərinin müəyən edilməsi, habelə sığorta hadisələrinin araşdırılması, dəymiş zərərin müəyyən edilməsi və bu kimi digər xidmətlərin həyata keçirilməsindən ibarətdir.
Sığorta satışını onlayn şəkildə həyata keçirən www.insure.az saytı “PROFAM” şirkətinin layihəsidir.
“PROGRESS”Ə 1 AYLIQ CƏZA
Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 106.1-ci (106.1.7, 106.1.10) maddəsini və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Progress-Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəsna sığorta agenti fəaliyyəti üçün verilmiş 29.02.2016-cı il tarixli, 088992 nömrəli lisenziyasının qüvvəsini 1 ay müddətinə dayandırıb.
Palata tərəfindən aparılmış yoxlama zamanı Cəmiyyətin fəaliyyətində sığorta qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilmişdir. Cəmiyyət tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemi formalaşdırılmamış, “Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq müvafiq işçilərinin attestasiyadan keçirilməsi təmin olunmamışdır. Bununla bağlı şirkətə nöqsanların aradan qaldırılması üçün bir ay müddətinə vaxt verilmişdir və həmin müddət ərzində nöqsanların vaxtında aradan qaldırılmayacağı təqdirdə müvafiq qanunvericiliyə əsasən sözügedən sığorta agentliyinin lisenziyasının ləğvi məsələsinə baxılacağı bildirilmişdir.
"AXA-MBASK" DA YOXLANIB
Həmçinin 27.09.2017-31.10.2017 aralığında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına əsasən “AXA Mbask” Sığorta şirkətində yoxlama keçirilmişdir.
Aparılmış yoxlama nəticəsində müəyyən edilən nöqsanların aradan qaldırılması məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə əsasən “AXA Mbask” Sığorta şirkətinə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş-Təqdimat verilmişdir.
DÖVLƏT ŞİRKƏTİ DƏ YOXLANIR
Hazırda, “Azərsığorta” DKSŞ-də sığorta fəaliyyəti üzrə qanunvericiliyin tələblərinə riayət olunmasına dair yoxlama gedir. Palata tərəfindən “Azərsığorta” DKSŞ-da aparılan yoxlamanın nəticələri müzakirə olunmaqdadır və “Sığorta fəaliyyəti haqqında” Qanununun müəyyən etdiyi müddət ərzində sığortaçıya icrası məcburi göstəriş-təqdimat veriləcəkdir.
Bəs, məcburi göstəriş-təqdimat nədir? Ətraflı: http://marja.az/news/16847
Sığortaçılar və vasitəçilər qanunsuz endirim etməkdə davam etdiklərinə, qanunverciliyin tələblərinə məhəl qoymadıqlarına görə, Palata ciddi tədbirlər görməyə başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
3 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
4 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
4 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
22 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 23 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Ən çox oxunanlar
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır







.jpg)






.jpg)







