Azərbaycanda vergi daxilolmalarının məbləği 2 aydır ki, açıqlanmır
Vergilər Nazirliyi Azərbaycanda vergi daxilolmalarının məbləğini 2 aydır ki, açıqlamır.
Nazirlik sonuncu dəfə oktyabrın 7-də, vergi ödəyicilərinin 2017-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə ödədiyi vəsait barədə məlumat verib və bu rəqəmin 5 224 482 900 manat olduğunu bəyan edib.
Qurumun xətti ilə oktyabr və noyabr aylarında büdcə daxilolmalarının məbləği isə açıqlanmayıb.
Lakin az sayda KİV-lər Vergilər Nazirliyinin 2016-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinə 5 mlrd. 707,128 mln. manat məbləğində vergi və rüsum köçürdüyü barədə məlumat yayıb. Lakin Nazirlik bu məlumatı saytında yerləşdirməyib.
Xatırladaq ki, Prezident İlham Əliyevin bu il dekabrın 5-də imzaladığı sərəncamla Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad edilib. Dövlət başçısının imzaladığı digər sərəncamla isə bu vəzifəyə indiyə qədər təhsil naziri olmuş Mikayıl Cabbarov gətirilib.
| Vergi və digər ödənişlər |
2017 (9 ay ərzində) | 5 224 482,9 |
2016 | 7 015 165,4 |
2015 | 7 118 196,7 |
2014 | 7 113 622,4 |
2013 | 6 663 633,4 |
2012 | 6 025 366,5 |
2011 | 5 475 062,0 |
2010 | 4 292 800,0 |
2009 | 4 113 400,0 |
2008 | 5 746 565,8 |
2007 | 4 549 259,0 |
2006 | 2 706 282,3 |
2005 | 1 427 452,9
|
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
17 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 19 d. əvvəl
-
-
24 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
29 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb



























