"Gələn ildən gül yağı ixracına başlayırıq"
Zaqatala rayonun Aşağı Tala kəndi ərazisində inşası başa çatdırılan “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsi gələn ildən etibarən məhsul istehsalına başlayacaq.
Müəssisənin xammala olan tələbatını ödəmək məqsədilə ötən ilin oktyabr-noyabr aylarında Türkiyədən və Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin tövsiyələri əsasında rayonun Aşağı Tala kəndi ərazisində 82 hektarda “Dəməşq qızılgülü” və 25 hektarda “Lavanda” gülü növləri üzrə gül plantasiyaları salınıb. Plantasiyalarda Bolqarıstandan gətirilmiş tinglər əkilib. Bu plantasiyalardan ilkin mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulub.
Bu günlərdə həmin ərazidə daha 10 hektar sahədə “Lavanda” gülü plantasiyasının salınması işlərinə başlanılıb və gül əkini artıq başa çatıb. Yaxın günlərdə əlavə 68 hektar sahədə “Dəməşq qızılgülü” plantasiyasının salınmasına başlanılacaq.
Müəssisənin aqronumu, Türkiyədən dəvət olunmuş mütəxəssis Metin Sökmən müsahibəsində görülən işlər barədə məlumat verib.
Bildirib ki, keçən il əkilmiş “Dəməşq qızılgülü” kollarından 2018-ci ildə 100 tonadək qızılgül ləçəyinin toplanması proqnozlaşdırılır. Ondan 30-35 litr gül yağı istehsal etmək mümkün olacaq. Bundan əlavə, ötən il salınmış “Lavanda” gülü plantasiyasından isə gələn il 10 ton gül ləçəyinin yığılması gözlənilir. Həmin məhsuldan 200 litr gül yağının istehsalı planlaşdırılır. Müəssisədə istehsal olunacaq gül yağları “AzRose” adı ilə xarici bazarlara çıxarılacaq.
Xatırladaq ki, 2016-cı ildə dünya bazarında 1 litr qızılgül yağının qiyməti 10-12 min, 1 litr “Lavanda” yağının qiyməti isə 100-130 avro təşkil edib. Gül yağlarından müxtəlif ətriyyat, yuyucu, məişət və qida sənayesində geniş istifadə olunur.
Türkiyəli mütəxəssisin dediyinə görə, gül plantasiyalarının salınması işinə hər gün 50-60, bəzi günlərdə isə 100 nəfərədək yerli işçi qüvvəsi cəlb edilir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 12 d. əvvəl
-
16 d. əvvəl
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
-
-
1 saat əvvəl
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
İyunun 25-də gözlənilən hava şəraiti
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
Ən çox oxunanlar
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb






























