Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün 5 üsul
Hal-hazırda ölkədəki və dünyadakı maddi və mənəvi vəziyyət bizi bəzi addımlar atmağa vadar edir. Belə ki, əgər daha yaxşı bir həyat yaşamaq istəyiriksə, bunun üçün çalışmalı və iradəli olmalıyıq.
Müasir dövrdə dünya əhalisinin əksəriyyəti aşağı həyat standartlarında yaşayır. Bəzi insanlar üçün vəziyyət çətin olsa da, digərlərimiz üçün rifah səviyyəsini yüksəltmək öz əllərimizdədir.
Ola bilər ki, varlanmaq üçün bir neçə üsulu sınamısınız, ancaq uğursuz olmusunuz. Buna baxmayaraq, məyus olmağa dəyməz. Əgər sizdə alınmırsa, ola bilər nəyisə yanlış etmisiniz. Bunu müəyyənləşdirmək üçün əvvəlki fəaliyyətlərinizə nəzər salın və onları obyektiv şəkildə analiz edin. Böyük ehtimalla, qırılma nöqtəsinin nə olduğunu anlayacaqsınız.
Dünyanın ən məhşur iqtisadçıları və ekspertləri, həmçinin zəngin insanları maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün müxtəlif yollar və addımlar təklif edib. Bu təkliflərin əksəriyyəti praktikada tətbiq olunub və uğur qazanıb. Biz də www.readit.az komandası olaraq, sizə həmin fikirləri ümumi şəkildə təqdim edirik:
1.Pul qazanın. Əgər gəlirinizdən razı deyilsinizsə və yaxud heç bir gəliriniz yoxdursa, onda ilk növbədə gəlir əldə etməyin yollarını araşdırın. Bu zaman müasir dövrün şərait və imkanları mütləq nəzərə alınmalıdır. Texnologiya və internetin inkişafı sizə onlayn olaraq pul qazanmağa imkan verir. Siz də özünüzə ən uyğun yolu seçib fəaliyyətə başlaya bilərsiniz. Bəlkə də, bu sahədə seçimlərin az olduğunu düşünürsünüz. Ancaq tədqiqat apararaq və prosesə yaradıcı yanaşaraq belə olmadığını görəcəksiniz.
2. Pulunuzu investisiya edin. Gələcəyinizi zəmanətə almaq üçün pulunuzu investisiya etməlisiniz. Əlbəttə, bu addım olduqca risklidir. Ancaq unutmayın ki, investisiyanızın uğur qazanıb-qazanmaması həm də müəyyən qədər sizin əlinizdədir. Bu zaman “hansı sahəyə və necə investisiya etmək lazımdır?” sualı özünü göstərir. Pulunuzu investisiya edə biləcəyiniz sahələr həddindən artıq çoxdur. Bunun üçün yenə də müəyyən qədər tədqiqat aparmalısınız. Həmçinin, qeyd edək ki, müasir dövrdə ən riskli, eyni zamanda ən yüksək qazanc təmin edən sahələr birja və Forex-dir. Birja sizə uzunmüddətli qazanclar vəd etdiyi halda, Forex qısa müddətli qazanclar təmin edir. Hər iki sahədə uğur qazanmağın əsası onlara bələd olmaqdan keçir.
3. Qənaət edin. Qənaətcil olmaq sizə həm maddi, həm də mənəvi cəhətdən rahatlıq bəxş edəcək. Kommunal, mətbəx və sosial xərclərə nəzərən qənaətli davranmaq bu məsələdə xüsusi əhəmiyyət kəsb edir. Məsələn, heç bir işinizin olmadığı otağın işıqlarını söndürmək, otağın istiliyini müəyyən bir dərəcədə saxlamaq, istifadə etmədiyiniz zaman suyu bağlamaq, həm sağlamlığınıza, həm də büdcənizə ziyanı olan bəzi qidaları mətbəx siyahısından çıxarmaq, iş yeriniz yaxındırsa, avtomobillə getmək əvəzinə piyada getmək və ya velosipeddən istifadə etmək, həftənin hər günü deyil, bir və ya iki günü dostlarınızla əylənməyə və yaxud kinoya getmək və s.
4. Pul yığın. Pulunuzu yığmamaq üçün müxtəlif bəhanələriniz ola bilər. Ancaq həmin bəhanələrdən xilas olub, pulunuzu yığmağa başlamalısınız. Bunu reallaşdırmaq üçün müxtəlif üsullardan istifadə edə bilərsiniz. Məsələn, hər ay xərcləməyi planlaşdırdığınızdan az xərcləməyə çalışaraq, qalan pulu yığa bilərsiniz. Ancaq pul yığmaq üçün ən sadə üsullardan biri hər ay maaşınızın və ya ümumi gəlirinizin 10%-ni yığım üçün ayırmaqdır. Bu məbləğ başlanğıcda sizə kiçik görünə bilər, ancaq bir müddət sonra onun artdığını görəcəksiniz. Əsas məsələ, başlamaqdır. Necə deyərlər, “Dama-dama göl olar”.
5. Dünya görüşünüzü genişləndirin.Oxumaq və öyrənmək istənilən vəziyyət üçün olduqca əhəmiyyətlidir. İstər maddi, istərsə də mənəvi mənada həyat səviyyənizi artırmaq üçün dünyagörüşünüzü genişləndirməlisiniz. Bu məqalənin məzmununa uyğun olaraq, əgər maddi rifahınızı yüksəltmək istəyirsinizsə, bununla bağlı əlinizə keçən hər şeyi oxumalı və öyrənməlisiniz. Maliyyə bilikləri məktəbdə öyrədilmir, buna görə də onu özünüz öyrənməlisiniz. Müxtəlif uğurlu şəxslərin bioqrafiyasını oxumaq, onların çıxışlarını izləmək həm motivasiya, həm də yeni fikirlər baxımından sizə kömək edə bilər. Xüsusilə müasir dövrdə internetin bəxş etdiyi imkanlar o qədər genişdir ki, istədiyiniz məlumatı asanlıqla tapa və istifadə edə bilərsiniz.
Maliyyə vəziyyətinizi yaxşılaşdırmağa motivasiya edəcək aşağıdakı kitabları məsləhət görərdik:
- “Babilinən varlı adamı.” Corc Samuel Klason = >Qısa məzmunu
- “Düşün və Varlan” Napaleon Hill =>Qısa məzmunu
Siz, maliyyə biliklərinizi artırmaq və dünyagörüşünüzü genişləndirmək üçün saytımızdakı kitabların qısa məzmununda istifadə edə bilərsiniz. Beləliklə, həm vaxtınıza və büdcənizə qənaət edəcək, həm də bilikləriniz artıracaqsınız.
Sonda qeyd etmək istərdik ki, yuxarıda qeyd olunan bütün üsullar bir-birilə sıx əlaqəlidir. Onları birlikdə tətbiq etmək daha effektiv nəticələr əldə etməyə kömək edəcək. Həmçinin, fəaliyyət göstərmək istədiyiniz sahələri seçərkən onların gələcək inkişaf perspektivlərini də qiymətləndirməlisiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
Ən çox oxunanlar
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq



















