PAŞA Bankın sədri beynəlxalq forumada strateji yol xəritələrini təqdim etdi
Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank – Vyana şəhərində Mərkəzi və Şərqi Avropanın beynəlxalq investisiya-bank forumunda iştirak edib. Tədbirin təşkilatçısı işgüzar “Euromoney” nəşri olub.
Bu il Forumun işində 1,000 nəfərdən artıq bankir, investor, maliyyə sahəsində dövlət tənzimləmə qurumlarının rəhbərləri və ekspertləri iştirak edib.
Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq maliyyə institutlarının nümayəndələri, “Raiffeisen Bank”, “UniCredit”, “J.P. Morgan”, “Citi”nin top-menecerləri ilə yanaşı, tədbirin spikeri qismində PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov da iştirak edib.
Müxtəlif mövzulu diskussiya panelləri zamanı Forumun iştirakçıları iqtisadiyyatın həm regional, həm də dünya miqyasında inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparmış, ölkələr qarşısında duran müasir trendlər və çağırışlar mövzusunda fikirlər söyləmişlər. Ekspertlər inkişaf edən bazarlarda fəaliyyət göstərən şirkətlərdə fəaliyyətin şəffaflığı və korporativ idarəetmənin inkişaf səviyyəsi mövzusunda müzakirələr aparmış, özəl sektora xarici investisiyaların cəlb olunması metodikasını və digər aktual mövzuları müzakirə etmişlər.
“Mərkəzi və Şərqi Avropanın bank sektoru” diskussiya paneli çərçivəsindəki çıxışı zamanı PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun qeyd etdiyi kimi, neftin qiymətinin aşağı düşməsi, milli valyutaların devalvasiyası, qlobal iqtisadiyyatın inkişaf sürətinin azalması ilə bağlı dünyada baş verən son hadisələr ilk növbədə bank sektorunda əks olunur.
PAŞA Bankın rəhbəri çıxışını belə yekunlaşdırıb: “Hal-hazırda Azərbaycanda iqtisadiyyatın əsas sektorlarının inkişafı üzrə 12 strateji yol xəritəsi təsdiqlənib. Bu xəritələr digər sahələrdən əlavə, həm də maliyyə sektorunun, turizm sənayesinin, İKT-nin, kənd təsərrüfatının, nəqliyyat və logistikanın inkişafına toxunur. Əminəm ki, bank sektoru qarşıya qoyulan planların həyata keçirilməsinə öz böyük töhfəsini verəcək, bu da ölkəyə iqtisadiyyatının beynəlxalq arenada rəqabət qabiliyyətinin gücləndirilməsində, investisiya cəlbediciliyinin artırılmasında və davamlı inkişaf yoluna əminliklə qədəm qoymasında köməklik göstərəcək”.
Qeyd edək ki, Mərkəzi və Şərqi Avropanın Beynəlxalq forumu “Euromoney” jurnalı tərəfindən ardıcıl olaraq 22-ci ildir ki keçirilir və Avropanın ən iri işgüzar tədbirlərindən biridir. İki günlük forum öz işini bu gün – yanvarın 18-də başa vurur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























