"Dollar ilk rübdə güclənəcək"
"Pul, sürətlə "evinə" qayıdacaq"
Amerikanın maliyyə konqlomeratı, özəl və hüquqi şəxslərə geniş çeşiddə maliyyə xidmətləri göstərən ən iri bank holdinqi şirkəti "Bank of America Corp"a (BoFA) görə, bu il 8 faiz dəyər itirən Dollar, ABŞ-da vergi islahatı ilə güclənə bilər.
"Marja" xəbər verir ki, BofA-dan David Woo, Nyu-Yorkda Çərşənbə axşamı günü keçirilən mətbuat konfransında zəif Dolların, böyük bir ehtimalla "ABŞ şirkətlərinin xaricdəki vəsaitlərinin ölkəyə geri gətirməyə başlamaları ilə" ilin ilk rübündə yüksələcəyini bildirib.
Qeyd edək ki, vergi islahatı ilə xaricdə fəaliyyət göstərən və ya gəlirlərini xaricdə saxlayan ABŞ şirkətlərindən bir dəfə vergi alınacaq. Həmçinin ABŞ şirkətləri üçün vergi nisbəti 35%-dən 20%-ə endirilir.
Woo-ya görə, Prezident Donald Trumpın, şirkətlərin xaricdə olduğunu dediyi 4 trilyon dollara bərabər olan vəsaitlərinin təxminən 70%- ABŞ Dollarındadır. Qalan 30%-i (təxminən 1.2 trilyon dollar) digər xarici valyutalardadır. Şirkətlərin, vergi islahatının təsiri ilə üç ay ərzində bu məbləğin üçdə birini belə dollara çevirməsi, ABŞ pulu üçün əhəmiyyətli bir bahalaşma deməkdir.
Woo, vergi islahatının tətbiqinə başlanmasından dərhal sonra sözügedən hərəkatın başlayacağını bildirərək "Pul, sürətlə evinə qayıdacaq və bu dollar üçün çox yaxşı olacaq",- deyib
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 d. əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 38 d. əvvəl
-
50 d. əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
1 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
3 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
-
3 saat əvvəl
Qarabağ Universitetinə ötən il büdcədən 17 milyon manat ayrılıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Ən çox oxunanlar
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
2025-ci ildə dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahat tədbirləri açıqlanıb


























