Azərbaycanda tonu 160 dollardır, dünya isə 428 dollardan alır
Soğan əkini Azərbaycanda geniş yayılıb. 2013-cü ildə 158 min ton soğan tədarük edilmişdisə, 2016-cı ildə istehsal 178 min tona çatıb. Məhsuldarlıq isə bir hektardan 15 ton olub.
Baş soğanın ixrac imkanları ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin icmallaşdırma və statistik təhlil şöbəsindən bildiriblər ki, ötən il ölkəmizə 13 min 275 ton soğan idxal olunmuş, ixracat isə 3 min 69 ton təşkil etmişdi. Lakin 2017-ci ildən etibarən ölkəmizdən soğan ixracı on dəfədən də çox artaraq tarixi rekord həcmə çatıb. Belə ki, yanvar-avqust aylarında ixrac artaraq 39 min 57 tona çatıb, idxal kəskin azalaraq 23 tona düşüb. İxrac təkcə cari ilin səkkiz ayında ötən ilin ümumi göstəricisini 13 dəfə üstələyib.
Ən çox soğan ixrac edən ölkələr Hollandiya, Çin, Meksika, Hindistan, ABŞ, Misir, İspaniya və Fransadır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, 148 ölkədə hər il 110 milyon tondan çox soğan istehsal olunur. 2014-cü ildə istehsalda ilk beşlikdə olan ölkələr - Çin 22,547 milyon ton, Hindistan 19,402 milyon ton, ABŞ 3,167 milyon ton, Misir 2,505 milyon ton, İran 2,109 milyon ton soğan istehsal edib.
İndi isə idxala nəzər salaq: əgər 2001-ci ildə dünya ölkələri 3,8 milyon ton soğan idxal etmişdisə, 2016-cı ildə bu rəqəm 7,7 milyon tona çatıb. Son 15 ildə isə soğan idxalının həcmi natural ifadədə iki dəfə, dəyər ifadəsində isə üç dəfə artıb. Ötən il baş soğanın əsas idxalatçı ölkələri arasında ilk beşlikdə Malayziya (577,7 min ton), ABŞ (521,2 min ton), Birləşmiş Krallıq (394,9 min ton), BƏƏ (358,3 min ton) və Səudiyyə Ərəbistanı (356,1 min ton) qərarlaşıb. Soğanın orta idxal qiyməti isə 2016-cı ildə 428 dollar/ton olub.
Mövcud dünya bazarının həcmi və qiymətləri kontekstində Azərbaycan üçün soğan ixracı çox perspektivli görünür. Hazırda yerli bazarda 1 ton baş soğan topdansatış bazarında təqribən 160 dollara təklif olunur. Onun orta ixrac qiymət isə 310 dollar/tondur.
Azərbaycandan soğan ixracını artırmaq üçün potensial bazarlar və bu bazarlara çıxmaq imkanı mövcuddur. Buna misal olaraq, Gürcüstanı (431 dollar/ton), Səudiyyə Ərəbistanını (420 dollar/ton), Rusiyanı (408 dollar/ton), Küveyti (365 dollar/ton), Bəhreyni (313 dollar/ton) və digər ölkələri göstərmək olar. Potensial bazarlardakı mövcud qiymətlər soğanın ixrac baxımından geniş perspektivə malik və gəlirli məhsul olduğunu göstərir.
2016-ci ildə ən çox soğan ixrac etmiş 15 ölkə: 15 ölkə qlobal soğan ixracının 89.3% -ni təmin edib.
Niderland: US$492.8 milyon (bazar payı 15.8%)
Çin: $456.7 milyon (14.7%)
Meksika: $419.7 milyon (13.5%)
Hindistan: $382.4 milyon (12.3%)
ABŞ: $229.4 milyon (7.4%)
Misir: $197.8 milyon (6.4%)
İspaniya: $152.7 milyon (4.9%)
Fransa: $91.6 milyon (2.9%)
Yeni Zelandiya: $81.7 milyon (2.6%)
Peru: $70 milyon (2.3%)
Almaniya: $43.6 milyon (1.4%)
İtaliya: $42.7 milyon (1.4%)
Kanada: $41.6 milyon (1.3%)
Polşa: $40.7 milyon (1.3%)
Belçika: $33.3 milyon (1.1%)
© Azərtac, Marja
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 24 d. əvvəl
-
-
2 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
3 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 4 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“City Finance BOKT”un xalis mənfəəti 22% artıb
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Ən çox oxunanlar
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ











.jpg)







.jpg)

