"Bu il pambıq tədarükü təqribən 200 min tona çatacaq"
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ağcəbədi rayonunda pambıqçı ilə görüşüb.
“Marja” həmin görüşdən bir hissəsini təqdim edir.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin MƏMMƏDOV: Cənab Prezident, Yeni Qaradolaq kəndinin sakini Tofiq İsmayılov hektardan 50 sentner pambıq yığıb.
Prezident İlham ƏLİYEV: Bu yaxınlarda “Əmək” ordenini təsis etdik ki, zəhmətkeşlərə verilsin. Ona görə yüksək məhsuldarlığı təmin edən zəhmətkeşlərə, əlbəttə, dövlət tərəfindən mükafat verilməlidir.
Tofiq İSMAYILOV: Təşəkkür edirəm.
Prezident İlham ƏLİYEV: Böyük sahəniz var?
Tofiq İSMAYILOV: Qırx hektar sahədə pambıq əkmişdim, hektardan 52 sentner məhsul götürdüm. Cəmi 208 ton pambıq tədarük etmişəm.
Prezident İlham ƏLİYEV: Belə yüksək məhsuldarlığa nəyin hesabına nail olmusunuz?
Tofiq İSMAYILOV: Bütün aqrotexniki qaydalara əməl etmişik. Mən 1979-cu ildən pambıqçılıqla məşğulam. Pambıq əkilməyən vaxtlarda da mən pambıq əkirdim.
Prezident İlham ƏLİYEV: Təcrübəniz var. Biz indi pambıqçılığı bərpa etdik. Bu il pambıq tədarükü təqribən 200 min tona çatacaq. İki il ərzində biz pambıq tədarükünü demək olar ki, 8 dəfə artırırıq. Çox gəlirli sahədir. İnsanlar çalışır, işləyir, əməkhaqqı alırlar. Dolanışıq, məşğulluq üçün də çox vacib sahədir. Təsadüfi deyil ki, sovet vaxtında Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanda pambıqçılıq çox sürətlə inkişaf etmişdir. İllər var idi ki, bir milyon ton yığılırdı, 800 min ton, demək olar ki, standart rəqəm idi. Ağcabədi də o vaxt ən iri pambıqçılıq rayonlarından biri idi. O vaxt bir rayon təqribən 100 min ton pambıq verirdi. Sizin kimi vətəndaşların hesabına pambıqçılığı bərpa edəcəyik. Gərək sizin təcrübəniz həm rayonda, həm də başqa yerlərdə öyrənilsin. Çünki hazırda Ağcabədidə hektardan məhsuldarlıq təqribən 20 sentnerdir. Amma hələ yığım davam edir, bu rəqəm arta bilər.
Şahin MƏMMƏDOV: Bəli, artacaq. Ötən il hektardan 24,2 sentner vermişik. Bu il bir az su qıtlığı problemi yaranıb. Tofiq İsmayılov müşavirələrdə çıxış edib öz tövsiyələrini verir.
Prezident İlham ƏLİYEV: İndi su məsələsi ilə bağlı problemi icra başçısı məruzə etdi. Biz bu problemi həll edəcəyik ki, su qıtlığı olmasın. Maksimum meliorativ tədbirlər görüləcək. İndi meliorasiya ilə bağlı bizim bir neçə böyük layihəmiz var: kanalların çəkilişi, yeni su mənbələrinin dövriyyəyə daxil edilməsi. Çünki siz yaxşı bilirsiniz ki, su və müasir texnika pambıqçılıq üçün əsasdır. Texnikanız varmı?
Tofiq İSMAYILOV: Texnika var və vaxtlı-vaxtında tarlaya çıxarılır.
Prezident İlham ƏLİYEV: Kombayn müasirdir?
Tofiq İSMAYILOV: Hamısı yenidir.
Prezident İlham ƏLİYEV: Əlbəttə, sovet vaxtının kombaynlarını yaxşı xatırlayırsınız.
Tofiq İSMAYILOV: Bəli, özüm işlətmişəm.
Prezident İlham ƏLİYEV: İndi fərqi görürsünüz. İtki və əziyyət az, məhsuldarlıq isə çox. Özü də rahat, kabinənin içi böyük, kondisionerli. Sizə bir daha uğurlar arzu edirəm.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 22 d. əvvəl
-
37 d. əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 46 d. əvvəl
-
1 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
1 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
1 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir























