Bir dəfədən artıq Həccə gedənlər əlavə ödəniş edəcəklər
Azərbaycandan bu il ikinci dəfə və daha çox Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə ödənişlər ödəyəcəklər.
Səudiyyə Ərəbistanı Həcc nazirliyi tərəfindən qoyulan qaydaya əsasən, bir dəfədən çox Ümrə ziyarətinə gedənlər üçün əlavə ödənişlər ləğv edilsə də, Həcc üçün qüvvədə saxlanılıb.
Ötən ilin sentyabr ayında Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə ziyarətinə bir dəfədən çox gedənlərin əlavə 500 dollar ödəniş etməli olduqları barədə qərar qəbul etsə də, sonradan bu qayda Ümrə ziyarəti üçün ləğv olunub.
Qaydalara əsasən, Azərbaycandan bu ildən etibarən ikinci dəfə Həccə gedənlər 500 ABŞ dolları, üçüncü dəfə və ondan çox gedənlər isə 550 dollar əlavə ödəniş etməli olacaqlar.
Artıq Qafqaz Müsəlmanları idarəsinin (QMİ) builki Həcc mövsümü ilə bağlı təşkilatı işləri həyata keçirən nümayəndə qrupu Səudiyyə Ərəbistanına yola düşüb. O da bildirilir ki, ötən illə müqayisədə bu il Həcc ziyarətinin qiymətində artım olacaq. Buna səbəb dolların kəskin bahalaşmasıdır.
Qeyd edək ki, ötən ilki Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollar olub.
Azərbaycanda Həcc ziyarətinə sənədləri yalnız QMİ həyata keçirir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
5 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 17 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























