Buğda, düyü və qarğıdalıya yeni gömrük rüsumları tətbiq ediləcək
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən dənli bitkilərə tətbiq edilən gömrük idxal rüsumları dəyişəcək.
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən səpin üçün ölkəyə gətirilən qabığı soyulmamış düyüyə yanvar, fevral, mart və aprel aylarında gömrük dəyərinin 5 faizi, digər aylarda gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumu tətbiq edilir. Gələn il yanvarın 1-dən isə səpin üçün ölkəyə gətirilən qabığı soyulmamış düyüyə yanvar, fevral, mart və aprel aylarında gömrük idxal rüsumu tətbiq olunmayacaq. Digər aylarda isə səpin üçün ölkəyə gətirilən qabığı soyulmamış düyüyə gömrük dəyərinin 5 faizi həcmində gömrük idxal rüsumu tətbiq ediləcək. İstehlak məqsədi ilə ölkəyə gətirilən düyüyə tətbiq edilən 15 faiz gömrük idxal rüsumu qüvvədə qalıb.
Hazırda ölkəyə toxumluq və istehlak üçün gətirilən çovdara 5 faiz, toxumluq arpaya 0,50 faiz, istehlak məqsədli arpaya 5 faiz, toxumluq və istehlak məqsədli qarğıdalıya 0,50 faiz gömrük idxal rüsumu tətbiq edilir. Gələn il yanvarın 1-dən ölkəyə toxumluq üçün gətirilən çovdara, arpaya, toxumluq qarğıdalıya, o cümlədən istehlak məqsədi ilə gətirilən qarğıdalıya tətbiq edilən gömrük idxal rüsumu ləğv edilib. Ölkəyə istehlak məqsədi ilə gətirilən çovdar və arpaya tətbiq edilən 5 faiz gömrük idxalı rüsumu isə qüvvədə qalacaq.
Qeyd edək ki, hazırda ölkəyə toxumluq və istehlak məqsədi ilə gətirilən buğda gömrük idxal rüsumundan azaddır. Nazirlər Kabinetinin qəbul etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə də buğdaya gömrük idxal rüsumunun tətbiqi nəzərdə tutulmayıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
15 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
21 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























