130 yaşlı şirkət Azərbaycanda mühərrik yağları istehsalına başlayır
Azərbaycan Milli Elmlər Akademiyasının “Yüksək Texnologiyalar Parkı”nın rezidenti olan Böyük Britaniyanın “Millers Oils Ltd”şirkətinin törəməsi “Millers Oils Azerbaijan” MMC noyabrın 23-də “premium klass” tipli mühərrik yağlarının istehsalına başlaması münasibətilə təqdimat keçirəcək.
Bu barədə “Yüksək Texnologiyalar Parkı”ndan məlumat verilib.
Məlumata görə, “Millers Oils Azerbaijan”ın istehsalat gücü hazır vəziyyətə gətirilib və istehsalat prosesi təqdimatdan sonra başlayacaq.
Qeyd edək ki, hazırda “Yüksək Texnologiyalar Parkı” Təcrübə-sənaye zavodunun sürtkü yağlarını Türkiyə və Gürcüstana ixrac edir. Planlara bu məhsulun Rusiya və Mərkəzi Asiya ölkələrinə ixracı da daxildir.
Bu ilin yazında Böyük Britaniyanın “Millers Oils Ltd” şirkəti və AMEA ilə birgə istehsalatla məşğul olmaq barədə razılaşmışdı.
Böyük Britaniyanın "Millers Oils Ltd" şirkəti 1887-ci ildə fəaliyyət göstərir. Ətraflı: http://www.millersoils.co.uk/about-us
© Trend, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
13 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
19 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























