Fed dekabrda faizi qaldıracağına işarə etdi
Fed rəsmiləri, bu ayın əvvəlində keçirdikləri siyasət toplantısında, durğun inflyasiya şəraitində yaxın perspektivdə (Dekabrda) faiz artırmağı nəzərdə tutublar.
"Marja" xəbər verir ki, ABŞ Mərkəzi Bankı Fed-in pul siyasətini müəyyən edən Federal Açıq Bazar Komitəsinin (FOMC) 31 Oktyabr - 1 Noyabrda keçirdiyi toplantının protokollarına görə, "İştirakçıların çoxu gələn informasiyaların ortamüddətli mənzərənin böyük dərəcədə dəyişmədiyini göstərməsi vəziyyətində, federal fond nisbətini (Fedin faizi) dekabrda artırılmasını düşünür".
ABŞ-da işsizlik səviyyəsi 16 ilin ən aşağı səviyyəsindədir, ancaq inflyasiya Fed-in 2 faiz olan hədəfindən olduqca aşağı qalmağa davam edir.
Protokollar, Fed rəsmilərinin əmək bazarına və iqtisadi artıma olan inamlarının davam etdiyini, ancaq bəzi rəsmilərin qiymət artımlarının (inflyasiyanın) sürətlənəcəyinə dair daha güclü işarələri gözlədiyini göstərib. Hətta bir neçə Fed rəsmisi, faizlərin yenidən qaldırılmasından əvvəl, inflyasiyanın yüksəlmə yolunda olduğunu görmək istəyir. Bu vəziyyət, FOMC üzvləri arasında davam edən parçalanmaya işarə edir.
Fed rəsmiləri 2018-ci ildə faizin üç dəfə artırılmasını nəzərdə tutur, ancaq bu, iqtisadi göstəricilərin Fed-in gözləntilərini qarşılaya biləcəyi vəziyyətində reallaşa bilər. Analitiklər, mərkəzi bank rəsmilərinin 12-13 Dekabrdakı toplantıda iqtisadi proqnozları azaldıb-azaltmayacaqlarını yaxından izləyəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
19 d. əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 44 d. əvvəl
-
56 d. əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
1 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
3 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
-
4 saat əvvəl
Qarabağ Universitetinə ötən il büdcədən 17 milyon manat ayrılıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Ən çox oxunanlar
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
2025-ci ildə dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahat tədbirləri açıqlanıb

























