"Bütün işlərdən xəbərsiz şəxslərin adı ilə vergilər gizlədilir"
Vergilər Nazirliyi Noyabr ayının 15-18 tarixlərində Sumqayıt, Şirvan, Yevlax və Qəbələ şəhərlərində zona müşavirələri keçirib.
“Marja” xəbər verir ki, zona müşavirələrində çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov 2017-ci ilin yanvar-oktyabr ayları ərzində ərazi vergi orqanları üzrə proqnoz tapşırıqlarına ümumilikdə 109,1 faiz əməl olunduğu, proqnoz tapşırıqlarının bütün şəhər və rayonlar üzrə icra edildiyi, iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən və 1999-cu ildən etibarən kənd təsərrüfatının torpaq vergisi istisna olmaqla, bütün vergilərdən tamamilə azad olunmasına baxmayaraq, son 10 il ərzində ərazi vergi orqanları üzrə vergi daxilolmalarının 7 dəfəyədək artaraq 86,6 milyon manatdan 600,8 milyon manata çatdırıldığını bildirib.
“Dövlət vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti, vergi orqanları üçün müəyyən olunmuş proqnozların icrasının təmin olunması və vergi inzibatçılığına dair bəzi məsələlər haqqında” Vergilər Nazirliyinin Kollegiya Qərarı ilə cari ilin son iki ayında və 2018-ci ildə vətəndaş müraciətlərinə baxılması və dövlət vergi orqanları üzrə müəyyən edilmiş proqnoz tapşırıqlarının icrasının təmin edilməsi ilə bağlı verilmiş göstərişlərin mahiyyəti müşavirə iştirakçılarının nəzərinə çatdırılıb. Sonra Vergilər Nazirliyinin hər bir ərazi vergi orqanının fəaliyyətinin əsas istiqamətləri üzrə aparılmış konkret təhlillərin nəticələri, aşkar edilmiş nöqsanlar və onların aradan qaldırılması yolları barədə məruzələr müşavirə iştirakçılarına təqdim olunub.
Zona müşavirələrində hesabatla çıxış edən ərazi vergi orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri fəaliyyətində yol verdikləri nöqsan və müəyyən olunmuş vəzifələrin icrasının təmin olunması üçün görülən tədbirlər barədə məlumat veriblər.
Müzakirələrdə vətəndaş müraciətlərinə baxılması zamanı vergi ödəyicilərinin məmnunluq səviyyəsinin yüksəldilməsinin zəruriliyi, vergi ödəyiciləri tərəfindən vergilərin könüllü surətdə ödənilməsinə keçidin sürətləndirilməsi, səyyar, xüsusilə kameral vergi yoxlamalarının, eləcə də operativ vergi nəzarəti tədbirlərinin sayının azaldılması, aparılan yoxlama və nəzarət tədbirlərinin səmərəliliyinin artırılması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, vergi orqanlarının müxtəlif strukturları arasında koordinasiyanın daha səmərəli təşkili, vergi borclarının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin effektivliyinin artırılması, vergi orqanlarında vergi borclarının alınmasına cavabdeh olan strukturların, habelə vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələri və şöbələrinin fəaliyyətində korrektələr edilməsinin, şəxsi heyətlə aparılan işlərin gücləndirilməsinin zəruriliyi xüsusi olaraq vurğulanıb.
Vergi uçotunun dəqiqləşdirilməsi və şəffaflaşdırılması istiqamətində aparılan işlər zamanı ortaya çıxan çətinliklər, vergi ödəyicilərinin bəzi kateqoriyaları, xüsusilə idxal və ixracla məşğul olan vergi ödəyicilərinin dövlət tərəfindən müəyyən olunmuş vergiləri dövlət büdcəsinə vaxtında və tam həcmdə ödəmələrini təmin etməklə bağlı məsələlər ətraflı müzakirə olunub.
Yevlax şəhərində keçirilən tədbir çərçivəsində kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vergi ödəyiciləri ilə ayrıca görüş keçirilib.
Görüşdə kənd təsərrüfatı məhsullarının ixracının stimullaşdırılması üçün dövlət tərəfindən görülən tədbirlər barədə məlumat verən S.Ələkbərov bildirib ki, bu ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının və onların digər ölkələrə ixracının artmasına ciddi təkan verib. Bununla yanaşı, belə vergi ödəyiciləri arasında ciddi vergidən yayınma hallarının olduğu qeyd edilərək, bunun səbəbləri təhlil olunub, vergi ödəyicilərinin qaldırdığı məsələlər və verdikləri təkliflər dinlənilib. Xüsusi olaraq vurğulanıb ki, bir sıra hallarda bəzi işbazlar vergidən yayınmaq və buna görə heç bir məsuliyyət daşımamaq məqsədilə kənd təsərrüfatı məhsullarının ixracı prosesinə bu işə səriştəsi olmayan insanları cəlb edir, onların əli ilə vergi qanunvericiliyini kobud surətdə pozaraq vergidən yayınmağa cəhd göstərirlər. Vergi orqanları tərəfindən belə faktlar aşkarlandıqda isə məlum olur ki, müvafiq sənədləri imzalamış və qanun qarşısında cavabdehlik daşıyan şəxslər əslində bütün işlərdən xəbərsizdirlər və onlara cüzi vəsait ödənilməklə külli miqdarda vergilərdən yayınma hallarına görə məsuliyyət belə şəxslərin üzərinə atılıb.
Bu kimi hallarla qarşılaşmamaq üçün görüş iştirakçılarına konkret tövsiyyələr verilib, öz fəaliyyətlərini şəffaf və qanun çərçivəsində qurmalarının zəruriliyi onlara bir daha izah edilib.
Zona müşavirələrinin keçirildiyi şəhərlərdə nazir müavini S.Ələkbərov tərəfindən Azərbaycan Respublikasının Prezidentinə və birinci Birinci Vitse-Prezidentinə müraciət ünvanlamış vətəndaşların qəbulları keçirilib, həmin vergi ödəyicilərinin qaldırdığı məsələlərin həlli üçün konkret tədbirlər görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
7 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
13 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























