İpoteka istiqrazlarının aktivləri olacaq dövlətləri müəyyənləşdirəcək orqan dəyişib
Maliyyə Bazarlarına Nəzarət Palatasına yeni səlahiyyət verilib.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” 13 yanvar 2017-ci il tarixli fərmanında əksini tapıb.
Mülki Məcəlləyə əsasən ipoteka istiqrazları ipoteka örtüyü ilə təmin olunmuş istiqrazlardır. İpoteka örtüyünə əsas və əlavə aktivlər daxil edilir. Əsas aktivlər qismində yaşayış sahəsinin alınması üçün verilmiş və həmin, yaxud digər yaşayış sahəsinin ipotekası ilə təmin olunmuş kreditlərlə (ipoteka kreditləri) bağlı emitentin tələb hüquqları çıxış edir. Əlavə aktivlər ipoteka örtüyünün nominal dəyərinin 20 faizindən çox olmamaqla Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, Mərkəzi Bankın qiymətli kağızları və ya emitentin Mərkəzi Bankda saxlanılan depozitləri, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dövlətlərin və həmin dövlətlərin mərkəzi banklarının buraxdığı qiymətli kağızlarından ibarət ola bilər.
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli fərmanına əsasən Nazirlər Kabineti ipoteka örtüyünün əlavə aktivlərinə daxil ola biləcək dövlətlərin və həmin dövlətlərin mərkəzi banklarının buraxdığı qiymətli kağızlarını müəyyən etməli idi. Fərmana edilən dəyişikliyə əsasən Nazirlər Kabineti bu sahədə yalnız həmin dövlətlərin müəyyən edilməsi meyarlarını hazırlayacaq. Maliyyə Bazarlarına Nəzarət Palatası isə Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara uyğun olaraq, müvafiq dövlətlərin siyahısının özünün rəsmi internet səhifəsində dərc edilməsini və mütəmadi olaraq yenilənməsini təmin edəcək.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
15 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
21 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























