“Mətanət A” şirkəti əmək yarmarkasında iştirak edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti Orqanları tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri “Odlar Yurdu” Universitetində keçirilib.
Yarmarkanın təşkil olunmasında əsas məqsəd işsiz insanlara ixtisası üzrə iş tapa bilmələrində yardım etmək, boş qalan iş yerləri haqqında məlumat vermək və işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqə yaratmaqdan ibarət olub.
İşsiz və işaxtaranlar üçün hər il ölkəmizdə keçirilən əmək yarmarkalarında və sərgilərdə fəal iştirak edən “Mətanət A” şirkəti bu dəfə də ənənəsinə sadiq qalıb.
Azərbaycanda sektorun lideri olan “Mətanət A” şirkəti “Əmək yarmarkasında” 4 vakant iş yeri ilə təmsil olunub. Şirkətin nümayəndələri tərəfindən yarmarka iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, bu müəssisədə karyera qurmaq istəyində olan şəxslərə məsləhətlər verilib və onların müraciət anketləri qəbul olunub.
Qeyd edək ki, tədbirdə 50-si özəl, 4-ü dövlət sektoruna aid 54 müəssisə tərəfindən 267 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Həmin vakant iş yerlərinin 49-u dövlət, qalan 218-i isə özəl müəssisələrə aid olub.
Tədbirin açılışını edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli və “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev “Mətanət A” şirkətinin məlumat masasını ziyarət edərək şirkət və təqdim olunan iş yerləri haqqında yaxından tanış olub.
Tədbirdə aktiv iştirak etməsi ilə mətbuatın da diqqətini çəkən “Mətanət A” şirkətinin əməkdaşlarından xüsusi reportaj alınmışdır.
“Mətanət A” şirkəti daim işçi heyətinə diqqət və qayğı ilə yanaşaraq, onları dəyərləndirir, parlaq karyera və ixtisasartırma üçün geniş imkanlar yaradır.
Qafqazda quru inşaat qarışıqlarının ilk istehsalçısı olan “Mətanət A” şirkətinin istehsal etdiyi məhsullar ölkəmizdə keyfiyyət və inam göstəricisi kimi tanınır.
Şirkət 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə, 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.
Daha ətraflı: *3030 Çağrı Mərkəzi
www.matanata.com
www.facebook.com/MatanatA.company
www.youtube.com/MatanatAcompany
www.instagram.com/matanata.official
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 29 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















