Nazir: Əmanətlərin Sığortalanması Fondu yoxlanıla bilər
Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı millət vəkillərinin bank müştərilərinin hüquqlarının qorunması ilə bağlı təklif və iradlarına münasibət bildirib.
Nazir deyib ki, bütün bank əmanətçilərinin hüquqları qorunur və onlar öz vəsaitlərini geri alır.
Azərbaycan Beynəlxalq Bankının (ABB) heç bir əmanətçisinin zərər çəkmədiyini deyən nazir bildirib ki, lisenziyası ləğv olunan və müflis olunan banklardakı bəzi əmanətçiləri problemlərlə üzləşib.
"Biz Əmanətlərin Sığortalanması Fondunu yaratmışıq və qorunan əmanətlər üzrə bütün ödənişlər həyata keçirilib. Bu proses düz həyata keçirilib və yaxud nöqsanlar olubsa, bu, başqa bir mövzudur. Millət vəkili Vahid Əhmədov təklif edir ki, Hesablama Palatası Əmanətlərin Sığortalanması Fondunu yoxlasın. Bu, normal bir haldır, yoxlanıla bilər. Mən təkrar edirəm ki, əmanətlərin qaytarılması ilə bağlı biz dövlət büdcəsindən kifayət qədər vəsait ayırmışıq. Bu təkcə dövlət banklarında deyil, qeyri-dövlət banklarındakı əmanətçilərə də şamil olunur. 2019-cu ilədək dövlət təminat verib ki, əmanətlər qaytarılacaq. Söhbət yalnız qorunan əmanətlərdən gedir. Yəni bu əmanətlərin faiz dərəcələri müəyyən edilmiş faizdən yüksək olmamalıdır. Əmanətlərin xarici və yaxud milli valyutada olmasına fərq qoyulmur. Həmin bankın inzibatçılarının, qohumlarının əmanətləri qorunmur. Biz beynəlxalq praktikaya uyğun vətəndaşların maraqlarını qoruyuruq", - deyə S.Şərifov vurğulayıb.
Nazir millət vəkili Zahid Orucun bütün pulların ABB-nin xarici borclarının ödənilməsinə yönəlməsi ilə bağlı fikirlərinə də münasibət bildirib. Bu fikirlə razılaşmayan S. Şərifov ABB-nin xarici borcu ilə bağlı məsələyə aydınlıq gətirib: "Burada söhbət ondan gedirdi ki, xarici kreditorlar qarşısında bankın öhdəlikləri yerinə yetirilməli idi. Əks təqdirdə bank defoltla üzləşə bilərdi. Defoltun mənfi nəticələri də aydındır. Belə olacağı təqdirdə, ilk növbədə bu banka qarşı ölkə daxilində xüsusi prosedur açılacaqdı. Bu prosedurda xeyli problemlər əmələ gələcəkdi. Bizim bu bankda şirkətlərin, müştərilərin maraqları təhlükə altına düşə bilərdi. Ona görə hesab edirəm ki, bununla bağlı dövlət tərəfindən düzgün addım atıldı. Yəni, dövlət bankın öhdəliklərini öz öhdəlikləri ilə əvəzlədi. Dövlət bankın öhdəliklərini üzərinə götürdü. Bunun nəticəsində bizim xarici borcumuz 2,4 milyard dollar civarında artırılıb. Lakin bununla biz o bankdan həmin o yükü götürdük və bu gün bankın reytinqləri yaxşılaşmağa doğru gedir. Biz bu təhlükəni bankın üzərindən götürdük və bank artıq sabit rejimdə, normal öz fəaliyyətini davam etdirə bilər. Bunun qiyməti dövlət borcunun artmasıdır. Dünya praktikasında başqa yol yoxdur. Biz kreditorlarla görüşdük və onları inandırdıq ki, dövlət bankın öhdəliklərini öz üzərinə götürür. Nəticədə 300 mln. dollara qənaət etdik".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
5 saat sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
2 d. əvvəl
Xalq Bank ölkənin ən çox vergi ödəyən 100 şirkəti sırasındadır
-
- 25 d. əvvəl
-
1 saat əvvəl
“Bank Respublika”nın “Qızıl Seçim” lotereyasının ikinci tirajına sayılı günlər qaldı
-
1 saat əvvəl
ABŞ ordusu İran limanlarına qarşı dəniz blokadasına başlayır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
2 gün əvvəl
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Xalq Bank ölkənin ən çox vergi ödəyən 100 şirkəti sırasındadır
Rəsmi məzənnələr açıqlandı
Bu gün "PAŞA Bank"ı 1 milyard manatdan çox bazar dəyrinə çatdıra biləcək "səhmlərin abunə yazılışı" başlayır
Tramp: Hörmüz Boğazını blokadaya alacağıq
Ən çox oxunanlar
Macarıstanda 16 illik hakimiyyətin sonu
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib





















