"Qayğıkeş ana" hər kəsin qeydinə qalacaq
AccessBank-dan yeni kreativ layihə
Müasir dünyanın sürətli tempini azaltmaq mümkün deyil, lakin işlərə yanaşmanı və həyata münasibəti dəyişmək olar. Bu çağırışla AccessBank "Qayğıkeş ana" adlı yeni layihəsində hamıya müraciət edib. Bu layihə çərçivəsində hər kəsin qeydinə qalanvə həqiqi ana kimi qayğıkeş olan virtual ana yaradılıb.
AccessBank hər kəsi internet səhifələrində, virtual oyunlarda və hətta şəhərimizin küçələrində rastlaşa biləcəyiniz qayğıkeş ananın məsləhətlərinə diqqət yetirməyə çağırır.
Siz qayğıkeş ananı şəhərin ən gediş-gəlişli küçələrində, icazə verilməyən yerlərdə insanların yolu keçdikləri ərazilərdə yerləşən reklam lövhələrində görə bilərsiniz.
"Qayğıkeş ana":
-Səhərlər internetdə qayğıkeş ana sizi daha isti geyinməyə, eləcə də suyu, qazı və işığı söndürməyi unutmamağa çağıracaq.
-Nahar vaxtı ana düzgün qidalanmağı xatırladacaq.
-“Qayğıkeş ana” sizi həmçinin pulu qənaətlə xərcləməyə çağıracaq.
-Əgər siz yatmazdan əvvəl mobil oyunlar oynamaq həvəskarısınızsa, ana gecə saat 12-səhər saat 5 arasında mobil reklam vasitəsilə oyunlarda peyda olub oyunu dayandırıb yatmağınızı tələb edəcək.
-Ən maraqlısı odur ki, 25 yaşdan yuxarı subay kişilər Facebook və Instagram-da ananın ənənəvi sualını görəcəklər.
İstifadəçilər internetdə və mobil cihazlarda reklamın üzərinə klikləməklə həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək ananın məsləhətlərini oxuya biləcəklər. Əgər siz artıq ananın məsləhətlərini dinləməyə hazırsınızsa, Qayğıkeş Ana saytına daxil olub ananın sözlərini dinləməklə öz həyatınızı yaxşılığa doğru dəyişin.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
3 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 8 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq






















