550 milyon dollarlıq ixrac gözlənilir
"Vaşinqtonda Azərbaycan kənd investisiya layihəsinin nümayişi keçirilib. Dekabrda isə bu təqdimat Çikaqoda baş tutacaq".
Bunu 1 noyabr - Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə Bakıda keçirilən tədbirdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
H.Əsədov bu il ərzində ixracdan gəlirlərə də toxunub: "Bu ilin 9 ayında kənd təsərrüfatı ixracından 396 mln. dollar əldə etmişik. İlin sonuna bu rəqəmi 550 mln. dollar səviyyəsində gözləyirik".
Nazir kənd təsərrüfatı sahəsində çalışanlara verilən güzəştli yardımlardan da danışıb: "Bu vaxta qədər 8 100 fermerə 181 mln. manat yardım edilib. Ölkədə maldarlıq sahəsində süni mayalanma da inkişaf edib. Hazırda hər gün süni mayalanma yolu ilə 100 buzov doğulur ki, bu da hər gün 10 min manat yardım deməkdir".
Daha sonra Azərbaycan Prezidentinin aqrar məsələlər üzrə köməkçisi Azər Əmiraslanov dövlət başçısının kənd təsərrüfatı işlərinə təbrik məktubunu oxuyub.
© Report
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
27 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim





























