27 milyard dolları rədd etdi
Avtomatika avadanlıqları istehsal edən "Rockwell", ən böyük rəqibi "Emerson Electric"in 27 milyard dolları keçdiyi bildirilən satınalma təklifini rədd edib.
"Marja"nın məlumatına görə, xəbərin ardından son bir il ərzində 46 faiz dəyər qazanan Rockwell səhmləri 200 dollar həddini aşaraq günü 7.4 faiz artımla bağlayıb. 41 milyard dollar bazar dəyəri olduğu bildirilən "Emerson" səhmləri isə 4.3 bənd düşərək 64.46 dollardan alıcı tapıb.
17 ildir vəzifədə olan "Emerson"un İcraçı Direktoru David Farr daha əvvəl yalnız kiçik satınalmalar edəcəklərini söyləmişdi. Ekspertlər bu təklifin "Emerson"un "dalğalı" enerji qiymətlərindən təsirlənməmək üçün şirkətin işlərini şaxələndirməyə yönəlmiş bir axtarış olduğunu vurğulayırlar.
"Emerson" metallurgiya, sement - beton sektorlarındakı zavodlar və stansiyalar üçün avtomatika avadanlıqları istehsal edir. "Rockwell" isə avtomobil, kompüter sistemləri, qida və içki, tekstil kimi sənaye sahələrində montaj üçün avtomatika və təhlükəsizlik həlləri təqdim edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
42 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 45 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı

























