Azərbaycandan "Kataloniya" açıqlaması
“Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”.
Bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H. Hacıyevin sözlərinə görə, Azərbaycan mövcud vəziyyətin İspaniya Krallığının Konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıdır. Açıqlamada qeyd olunub ki, xalqın və mərkəzi hakimiyyətin iradəsinə zidd şəkildə, Konstitusiya və qanunların pozulması ilə müşayiət olunan ölkənin ərazi bütövlüyünün birtərəfli pozulması cəhdləri qəbuledilməzdir: “Azərbaycan Respublikası artıq 30 ilə yaxındır bundan əziyyət çəkir. 80-ci illərin sonlarında ermənilərin Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində başladığı separatizm həmin dövr SSRİ Konstitusiyası və Azərbaycan SSR qanunlarının kobud pozulması ilə müşayiət olunurdu. Bu xüsusda DQMV-də köklü Azərbaycan əhalisinin etnik təmizlənməsi, onlara qarşı zorakılıq və terror əməllərinin törədilməsindən sonra Azərbaycan xalqının iradəsinə zidd olaraq 1991-ci ilin 10 dekabrında Dağlıq Qarabağın yalnız erməni icmasının iştirakı ilə regionun müstəqilliyi haqda qanunsuz və qeyri-legitim referendum keçirildi. Azərbaycan və Ermənistanın SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etməsi ilə Ermənistan Azərbaycana qarşı açıq müharibəyə başladı və Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etdi, həmin ərazilərdə köklü Azərbaycan əhalisinə qarşı etnik təmizləmə törətdi. Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı hələ də davam edir”.
Qeyd edək ki, oktyabrın 27-də İspaniyanın Kataloniya muxtar vilayəti müstəqilliyini elan edib. Bununla əlaqədar İspaniya Senatı Kataloniyada birbaşa idarəçiliyin tətbiqinə qərar verib. Bundan başqa, Kataloniya parlamenti və hökuməti buraxılıb.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 d. əvvəl
-
- 8 d. əvvəl
-
29 d. əvvəl
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
- 37 d. əvvəl
-
41 d. əvvəl
“AzerGold” və Qvineya məsul nümayəndələrin müəyyən edilməsi barədə razılığa gəlib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“Gəncə Aqro 2”nin xalis mənfəəti 34% azalıb
Rəsmi məzənnələr açıqlandı
“Göyçay-Şərab”ın gəlirləri və xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
Yen dollar qarşısında 161 səviyyəsini keçib: 40 ilin minimumuna yaxınlaşan məzənnə müdaxilə gözləntilərini artırıb
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Düyü idxalı 21,2% azalıb
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb























