Bir gündə 6.24 milyard dollar qazanıb
Amazon səhmlərində dünən baş verən yüksəliş, Amazon-un təsisçisi və İcraçı direktoru Cef Bezosa (Jeff Bezos) 6.24 milyard dollar qazandırıb. Bezos beləliklə, dünyanın ən varlı insanı olan Microsft-un qurucusu Bill Qeytsə (Bill Gates) bir addım da yaxınlaşıb.
Gözləntilərdən daha yaxşı çıxan maliyyə göstəriciləri nəticəsində Amazon-un səhminin qiyməti 7% bahalaşıb. "Marja" xəbər verir ki, nəticədə şirkətin banisi Bezosun sərvəti əhəmiyyətli dərəcədə artıb.
"Bloomberg Milyarderlər" indeksinə görə Bezosun sərvəti 6.24 milyard dollar artımla 83.5 milyard dollara qalxıb. Beləliklə Bezos, 88 milyard dollarla birinci yeri tutan Microsft-un qurucusu Bill Gates ilə aradakı fərqi 4.5 milyard dollara azaldıb.
Texnologiya liderləri dünyanın ən varlı insanları siyahısında ilk yerləri tuturlar və şirkətləri daha yaxşı performans göstərir. İlk 10 yerin 6-sını texnologiya şirkətlərinin təsisçiləri tuturlar.
AMAZON-UN GƏLİRLƏRİ NƏ QƏDƏR ARTIB?
Amazon-un üçüncü rüb gəliri, ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz artımla 43,7 milyard dollara yüksəlib. Şirkət, 2016-nın iyul-sentyabr dövründə 32,7 milyard dollarlıq gəlirə çatmışdı.
Ötən ilin üçüncü rübündə 252 milyon dollar xalis mənfəət əldə edən Amazon-un bu ilin eyni dövründəki xalis mənfəəti 1,6 faiz artımla 256 milyon dollar təşkil edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
5 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
10 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















