“Unibank” Bakı Fond Birjası ilə saziş imzaladı
“Unibank” Kommersiya Bankı ASC Bakı Fond Birjasının (BFB) təşkil etdiyi Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqinə yönəlmiş “Listinq Məsləhət Proqramı” (LMP)-na qoşulub. Bu barədə "Marja"ya Birjadan bildirilib.
Bununla əlaqədar, 26 oktyabr 2017-ci il tarixində BFB-nin İdarə Heyətinin Sədri Vüqar Namazov və Unibank ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Asəf Hüseynov tərəfindən LMP-yə qoşulma haqqında saziş imzalayıb.
Sazişə əsasən Unibank kapital bazarları alətləri vasitəsi ilə investisiya cəlb olunması, bunun üçün optimal alətlərin seçilməsi, investisiya imkanlarının dəyərləndirilməsi, investorlar üçün təklifin hazırlanması üzrə proqram çərçivəsində təqdim edilən məlumat və məsləhət xidmətlərindən istifadə edəcəkdir.
LMP-yə qoşulma haqqında saziş imzalandıqdan sonra, Unibank Bakı Fond Birjasında ticarətin başlanmasını simvolizə edən açılış zənginin iştirakçısı olub.
BFB-nin Listinq Məsləhət Proqramının məqsədi kapital bazarı vasitəsi ilə şirkətlərə maliyyələşməyə dəstək göstərmək və Azərbaycan kapital bazarlarını təşviq etməkdir.
LMP çərçivəsində, şirkətlərə kapital bazarlarından effektiv maliyyələşmənin təmin edilməsi istiqamətində maliyyə, audit, hüquq, investisiya, ictimaiyyətlə əlaqələr üzrə zəruri dəstəkləyici xidmətlər təqdim edilir. BFB-nin LMP layihəsi üzrə tərəfdaşları ölkənin audit, investisiya, hüquq, ictimaiyyətlə əlaqələr sahələri üzrə ixtisaslaşmış qabaqcıl şirkətləridir.
LMP xidmətlərindən istifadə etmək üçün Azərbaycanda fəaliyyət göstərən istənilən yerli şirkət BFB-yə müraciət edə bilər. LMP çərçivəsində göstərilən xidmətlərdən istifadə ödənişsizdir.
Unibank 2002-ci ildə Azərbaycanın iki aparıcı özəl bankı birləşməsi nəticəsində Unibank adı altında fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 950 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
10 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
10 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
10 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 11 saat əvvəl
-
12 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















