"Moody's" Azərbaycan üçün bu ilin əsas problemini açıqlayıb
"Moody's": Azərbaycan üçün bu il əsas problem inflyasiya məsələsi qalacaq
"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanda müşahidə olunan nisbətən yüksək inflyasiyanın 2017-ci ildə də davam edəcəyini bildirib.
"Moody's" agentliyinin "MDB ölkələrinin müstəqil reytinq perpektivləri" adlı hesabatında bildirilir ki, Azərbaycan hələ də inflyasiya ilə mübarizə aparır. O, Azərbaycanın region ölkələrinin əksinə, monetar siyasətini yumşaltmadığını qeyd edib. Buna səbəb kimi isə Azərbaycanın nefti qiymətlərinin kəskin azalmasına gec reaksiya verməsi amilini göstərib. Məhz bu səbəbdən Agentlik Azərbaycanın bütün gücünü 2016-cı ildə inflyasiyanı nəzarət altına almağa sərf etdiyini xatırladıb. Agentliyin ekspertlərinin fikrincə, sabit neft qiymətləri Azərbaycanın yenidən makroiqtisadi genişlənmə həyata keçirə biləcəyini mümkün edəcək.
Azərbaycan Mərkəzi Bankının (AMB) siyasətini təhlil edən "Moody's" qeyd edib ki, 2016-cı ilin sentyabrında artan inflyasiya və bank sektoruna təzyiqlər nəticəsində uçot dərəcəsinin 9,5%-dən 15%-dək artırılması siyasəti ən azı 2017-ci ilin başlanğıcında da davam etdiriləcək.
"Moody's" Azərbaycanın aşağı borc səviyyəsini, önəmli valyuta ehtiyatlarını və 2016-cı ilin ilk yarısında büdcə icrasının effektivliyinin gələcəkdə fiskal xərclərin artırılmasına kömək edəcəyini də qeyd edir.
Agentlik 2017-ci ildə MDB ölkələri üzrə Borc/ÜDM əmsalının 1,4 faiz bəndi, 2018-ci ildə 1,3 faiz bəndi artacağını proqnozlaşdırır. Azərbaycanda isə 2018-ci ildən etibarən bu göstəricinin azalacağı, 2017-ci ildə isə borcun ÜDM-də xüsusi çəkisinin 39% olacağı gözlənilir. Azərbaycanın xarici valyutada borcunun MDB-də ən yüksək ölkələrdən biri olduğu və 2017-ci ildə xarici valyutada borcun dövlət borcunda xüsusi çəkisinin bir qədər azalaraq 77%-ə enəcəyini proqnozlaşdırılır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
2 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























