Varlıların "Bitcoin" anbarı tapıldı!
"Xapo" adlı şirkət İsveçrə dağlarında qədim bir hərbi sığınacağı dünyanın ən böyük və ən etibarlı kripto valyuta bankına çevrib.
"Marja"xəbər verir ki, "Xapo"nun banisi argentinalı sahibkar Wences Cesares, "Bitcoinin Silikon Vadisində yayılmasında mühüm rol oynamışdı. Belə ki, Bill Gates və Reid Hoffman kimi məşhur adlara ilk "Bitcoin"ləri şəxsən vermişdi.
Müştərilərinin milyonlarla dollar dəyərindəki virtual pullarını mühafizə edən "Xapo", bunun üçün qranit dağın içərisinə oyulmuş köhnə hərbi sığınacağı istifadə edir.
"Bitcoin" bankının yeri təhlükəsizlik səbəbilə açıqlanmır, içərisində nə qədər kriptovalyuta olduğu da bildirilmir.
Bankın içərisində həqiqət "Bitcoin"lər yoxdur. Buranı bank edən şey, sığınacaqda Bitcoin"ləri qoruyan xüsusi və şifrlənmiş serverlərin saxlanmasıdır.
Kiber "quldurlar" ən yaxşı qorunan hesablardan belə "Bitcoin" oğurlamağı bacarırlar. Buna görə, "Xapo" kripto valyutaları qorumaq üçün ənənəvi bank üsullarından istifadə etmir.
"Xapo" bütün müştərilərinə xüsusi bir açar verir və bu açar sayəsində hesaba çıxış əldə olunur. Əgər bir müştəri açarını itirərsə, yaranacaq zərərlərə görə məsuliyyət daşıyır.
1947-ci ildə yaradılan hərbi sığınacaq, Soyuq Müharibə vaxtı İsveçrə ordusunun gizli mərkəzi bazası kimi istifadə edilib. Bu günlərdə isə "Deltalis" adlı şirkət tərəfindən "Xapo" üçün idarə edilir.
930 kvadratmetrlik nəhəng bir məlumat mərkəzinə çevrilən sığınacaq, 90 kilo ağırlığındakı yüksək müdafiəli qapılar və elektron təhlükəsizlik sistemləri ilə təchiz edilib.
"Xapo"nun təhlükəsizlik şefi Karlos Rienzi, mərkəzin kiber hücumlar qədər terror hücumlarına qarşı da yaxşı qorunduğunu bildirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
5 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























