Nar bayramı keçiriləcək
Noyabrın 3-4-də Göyçay şəhərində ənənəvi Nar bayramı keçiriləcək. Bayramın keçirilməsi üçün rayon icra hakimiyyəti başçısının sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb və artıq hazırlıq işlərinə başlanılıb.
Rayon icra hakimiyyətinin hazırladığı xüsusi tədbirlər planına əsasən, hazırda şəhərin mərkəzi küçələrində iməciliklər keçirilir, təmizlik-abadlıq işləri görülür, səliqə-sahman yaradılır, küçələr, səkilər təmir edilir, hasarlar rənglənir. Nar bayramının keçiriləcəyi ərazinin bayramsayağı bəzədilməsi üçün xüsusi şüarlar, plakat və lövhələr hazırlanır. Bundan əlavə, rayon Mədəniyyət Evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirinin proqramı əsasında çıxışlara hazırlaşırlar.
Bayram tədbiri əvvəlki illərdə Heydər Əliyev parkında və şəhər stadionunda keçirildiyi halda, bu il fərqli bir məkanda, yəni rayonun Cəyirli kəndi ərazisində yeni istifadəyə verilən “Göyçay” Topdansatış Ticarət Mərkəzində təşkil olunacaq.
Təşkilat Komitəsinin sədri, rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova AZƏRTAC-a bildirib ki, sayca XII dəfə keçiriləcək bayram öz zənginliyi və möhtəşəmliyi ilə fərqlənəcək. Proqrama uyğun olaraq iki gün ərzində nara həsr olunmuş musiqi nömrələri, müxtəlif müsabiqələr, nar yarmarkası, rəngarəng sərgilər, milli folklorumuzun zəngin nümunələri, Azərbaycan mətbəxi və nar məhsullarının bütün nümunələri bayram iştirakçılarına təqdim ediləcək. Bayram tədbirində rayonun nar emalı müəssisələrinin istehsal etdiyi məhsullardan ibarət satış yarmarkaları, kəndli fermerlər tərəfindən yetişdirilən müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların satış sərgiləri olacaq. Qonaqlar nar şirəsinin, nar şərabının, nar mürəbbəsinin, nardançanın, müxtəlif sortdan olan gilələnmiş narın dadına baxacaqlar. Tədbirdə ən böyük nar nümayiş olunacaq. Mərasimə xarici ölkələrin Azərbaycandakı səfirləri, nazirlər, Milli Məclisin deputatları, bir çox rayonların icra hakimiyyətlərinin başçıları, iş adamları və turistlər qatılacaq.
Azərbaycan narının şöhrətini dünyaya tanıtmaq məqsədilə noyabrın 3-4-də keçiriləcək XII Nar bayramında bir neçə yeniliyin olacağı da bildirilir.
Bayram tədbiri incəsənət ustalarının çıxışları ilə başa çatacaq.
© Azərtac
Müştərilərin xəbərləri
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 3 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Araz” AI Challenge - 2025” müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
-
2 saat əvvəl
5 BOKT-un illik vergiyəqədərki mənfəəti 6 milyon manatdan az deyil
-
2 saat əvvəl
Ermənistan parlamentinin sədri Bakıya səfər etməyə hazır olduğunu bildirib
-
2 saat əvvəl
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bolt sürücüsüz dövrə başlayır
5 BOKT-un illik vergiyəqədərki mənfəəti 6 milyon manatdan az deyil
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
Ən çox oxunanlar
Bankda "Qara cümə" kampaniyası
"İnvestor portalının mobil tətbiqinin hazırlanmasını hədəfləyirik"
"Qazaxıstan Dəmir Yolu": Azərbaycanla yük daşımaları kəskin artıb
ADY və Rusiya Dəmir Yolları arasında mühüm razılaşma
Noyabrın 27-də gözlənilən hava şəraiti
"Prime Cotton" şirkəti kənd təsərrüfatı texnika və avadanlıqlarının satışını elan edir
Bakcell və Visa tərəfdaşlığa başlayır















