"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Artıq Danissimo məhsullarə "Milla Dairy" MMC-nin müasir istehsal sahəsində Danone-un beynəlxalq keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olaraq istehsal olunur."Milla Dairy" MMC qlobal süd məhsulları lideri Danone ilə müqaviləli istehsal üzrə strateji əməkdaşlığa start verir və tərəfdaşlığın əhatə dairəsini genişləndirir.
Bu təşəbbüs şirkətin yerli bazardakı mövqeyini daha da gücləndirir və beynəlxalq genişlənmə strategiyasında yeni mərhələnin əsasını qoyur.
Əməkdaşlıq çərçivəsində Danissimo brendi altında məhsullar artıq Milla Dairy MMC-nin müasir istehsal sahəsində Danone-un beynəlxalq keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olaraq istehsal olunur.
İstehsal proqramına 200 ml həcmində, müxtəlif dad seçimləri ilə təqdim olunan süd kokteylləri daxildir. Bütün məhsullar təsdiq edilmiş resepturalar, texniki spesifikasiyalar və ciddi keyfiyyətə nəzarət prosedurları əsasında istehsal olunur.
Layihə həm daxili bazarı, həm də regional ixrac imkanlarını əhatə edir. Məhsulların Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun bir sıra ölkələrinə ixracı nəzərdə tutulur. Bu əməkdaşlıq istehsal güclərinin səmərəli istifadəsini təmin etməklə yanaşı, regionda dayanıqlı və çevik təchizat modelinin formalaşdırılmasına töhfə verir.
Strateji tərəfdaşlıq çərçivəsində tətbiq ediləcək innovativ yanaşmalar və qabaqcıl texnologiyalar Milla Dairy MMC-nin davamlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Layihə şirkətin məhsul portfelini genişləndirəcək, regional bazarlarda rəqabət qabiliyyətini gücləndirəcək və istehlakçılara yeni, yüksək keyfiyyətli seçimlər təqdim edəcək.
Tərəflər əməkdaşlığın mərhələli şəkildə genişləndirilməsini və uzunmüddətli əsasda inkişaf etdirilməsini planlaşdırırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
4 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
23 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 23 saat əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























