Avropa İttifaqından Türkiyə və Ermənistan arasında ticarətin başlamasına dəstək
Avropa İttifaqı (Aİ) Komissiyasının sözçülərindən Anitta Hipper Türkiyənin Ermənistan ilə birbaşa ticarətin başlanmasına yönəlmiş bürokratik hazırlıqları tamamladığını açıqlamasını məmnuniyyətlə qarşıladıqlarını bildirib.
Aİ Xarici Fəaliyyət Xidməti (EEAS) tərəfindən yayılan açıqlamada Hipperin məsələ ilə bağlı qiymətləndirmələrinə yer verilib.
Hipper Türkiyənin Ermənistan ilə birbaşa ticarətin başlanmasına yönəlmiş bürokratik hazırlıqları tamamladığını elan etməsinin mühüm inkişaf olduğunu bildirərək, “Bu mühüm addım hər iki ölkə arasında ticarət və iqtisadi imkanları artırmaq potensialına malikdir və bütün Cənubi Qafqaz, eləcə də Aİ üçün müsbət təsir yaradacaq” ifadələrini işlədib.
Bu addımın Türkiyə–Ermənistan normallaşma prosesində diqqətəlayiq olduğunu vurğulayan Hipper bildirib: “28 aprel 2026-cı ildə iki ölkə arasında dəmir yolu əlaqələrinin yenidən qurulmasını irəlilətmək məqsədilə keçirilən və bizim də məmnuniyyətlə qarşıladığımız ikitərəfli işçi qrupunun iclası da bunu təsdiqləyir.”
Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli də sosial media hesabında etdiyi açıqlamada Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanmasına dair bürokratik hazırlıqların 11 may tarixində tamamlandığını bildirib.
Keçeli 2022-ci ildən bəri davam edən Türkiyə–Ermənistan normallaşma prosesi çərçivəsində atılan etimad qurucu addımlar daxilində bu hazırlıqların tamamlandığını qeyd edərək, “İki ölkə arasındakı ortaq sərhədin açılması üçün zəruri texniki və bürokratik işlər isə hələ də davam edir” ifadələrini işlədib.
Keçeli vurğulayıb ki, yeni tənzimləmə sayəsində Türkiyədən üçüncü bir ölkə vasitəsilə Ermənistana gedən və ya eyni marşrutla gələn malların son təyinat və ya çıxış nöqtəsinin “Ermənistan/Türkiyə” kimi yazılması mümkün olacaq.
Cənubi Qafqazda davamlı sülh və rifahın gücləndirilməsi istiqamətində yaranmış tarixi imkan fonunda Türkiyənin regionda iqtisadi münasibətlərin inkişafına töhfə verməyə davam edəcəyini bildirən Keçeli qeyd edib ki, Türkiyə regional əməkdaşlıq və iqtisadi əlaqələrin inkişafına dəstəyini davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























