İdman rəqsləri üzrə ölkə çempionatı keçirilib - VİDEO / FOTO
Azərbaycan İdman Rəqsləri Federasiyası tərəfindən Gənclər və İdman Nazirliyi dəstəyi ilə idman rəqsləri üzrə ölkə çempionatı keçirilib.
Tədbirin rəsmi açılış mərasimində Federasiyanın prezidenti Əli Həşimli çıxış edib. O, Azərbaycanda idman rəqslərinin inkişafı istiqamətində görülən işlərdən danışıb və gələcək hədəflərlə bağlı fikirlərini bölüşüb.
Çempionatda ölkənin müxtəlif bölgələrindən yüzlərlə idmançı iştirak edərək klassik, Avropa, Latın Amerikası və digər rəqs növləri üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Münsiflər heyəti tərəfindən iştirakçıların texniki hazırlığı, səhnə mədəniyyəti və artistik performansı obyektiv şəkildə qiymətləndirilib.
Yarışın sonunda qaliblər diplom, medal və xüsusi mükafatlarla təltif olunublar.
Tədbir iştirakçılar və qonaqlar tərəfindən böyük maraq və yüksək əhval-ruhiyyə ilə qarşılanıb.
Federasiya rəhbərliyi bildirib ki, gələcəkdə ölkə çempionatlarında və beynəlxalq yarışlarda mütləq milli rəqslərimizlə də çıxışlar təşkil olunacaq. Həmçinin beynəlxalq turnirlərin təşkili, yeni rəqs mərkəzlərinin yaradılması və Azərbaycan idman rəqslərinin dünya arenasında daha geniş tanıdılması istiqamətində fəaliyyətlərin davam etdiriləcəyi vurğulanıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
15 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 18 d. əvvəl
- 30 d. əvvəl
- 38 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















