Trampın İranın təklifini rədd etməsindən sonra neft qiymətləri yüksəlir
Neft, ABŞ Prezidenti Donald Trumpın İranla atəşkəsə dair şübhələrini ifadə etməsi və Tehranın son sülh təklifini rədd etməsindən sonra yüksəlməyə davam edir.ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsə dair şübhələrini ifadə etməsi və Tehranın son sülh təklifini rədd etməsindən sonra neft qiymətləri yüksəlib. Bu vəziyyət strateji əhəmiyyətə malik Hörmüz boğazının faktiki olaraq bağlı qalma müddətini uzadıb.
Marja xəbər verir ki, Brent neft əvvəlki sessiyada 2,9%, hazırkı sessiyada isə 1,7% artdıqdan sonra bir barel üçün təxminən 105 dollar səviyyəslərində ticarət olunub. ABŞ xam neftinin (West Texas Intermediate (WTI)) qiyməti isə 100 dolları keçib (Bakı vaxtı ilə saat 11:00-a olan məlumat).
Tramp Oval Ofisdə jurnalistlərə açıqlamasında 10 həftədir davam edən müharibəni bitirməyə yönəlmiş təklifinə İranın verdiyi cavabı kiçiltmiş (zibil adlandırırb) və atəşkəsin “reanimasiyada” olduğunu deyib. Tramp mətni “oxumağı belə bitirmədiyini” bildirib.
Aprel ayının əvvəlindən qüvvədə olan atəşkəs son dövrlərdə gəmilərə hücumlar da daxil olmaqla baş verən hadisələrə baxmayaraq qorunub saxlanılmışdır. Lakin Hörmüz boğazının demək olar ki, bağlanması qlobal müştərilərə xam neft, təbii qaz və yanacaq tədarükündə ciddi fasilələr yaradaraq inflyasiya böhranı ilə bağlı narahatlıqları artırıb.
Məsələyə yaxın mənbə bildirib ki, İran Trampın sülh təklifinə cavab olaraq ABŞ-ın dəniz blokadasını aradan qaldırmasını və sanksiyalarda yumşalma edilməsini tələb edib. İranın həmçinin Hörmüz boğazındakı nəqliyyat üzərində müəyyən nəzarəti saxlamaq istədiyi qeyd olunub.
"Bloomberg Economics"in analitikləri Dina Esfandiary və Becca Wasser-in də daxil olduğu qrup yayımladıqları qeyddə “Hərtərəfli sülh sazişinin ortaya çıxma ehtimalı aşağıdır” qiymətləndirməsini verib. Analitiklər ABŞ ilə İranın yenidən toqquşmalara qayıtmasının mümkün olduğunu, lakin intensiv döyüşlərin müvəqqəti xarakter daşıyacağını və daha aşağı səviyyəli mübarizə formasına keçəcəyini proqnozlaşdırıblar.
"Axios"un üç ABŞ rəsmisinə istinadən yaydığı xəbərə görə, Tramp milli təhlükəsizlik komandası ilə müharibəni və mümkün yeni hərbi əməliyyatları müzakirə edir. Tramp həmçinin "Fox News"ə açıqlamasında Hörmüz boğazından keçən gəmilərə yenidən müşayiət təmin edilməsinə dair planı nəzərdən keçirdiyini bildirib.
ABŞ-da yanacaq qiymətlərinin sürətlə artması noyabrda keçiriləcək aralıq seçkilər öncəsi Tramp və Respublikaçılar Partiyası üzərində siyasi təzyiqi artırıb. ABŞ administrasiyası artan qiymətləri cilovlamaq üçün yenidən strateji neft ehtiyatlarını istifadəyə verib.
Müharibənin Trampın bu həftə Xi Jinping ilə keçirəcəyi görüşdə də gündəmə gəlməsi gözlənilir. ABŞ rəsmiləri Trampın Çinin İran siyasətini də müzakirə edəcəyini bildiriblər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 6 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq























