Bakcell beynəlxalq ITU Telecom World 2017” sərgisində iştirak edir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 25-28 sentyabr tarixində Cənubi Koreya Respublikasının Busan şəhərinə keçirilən Beynəlxalq “ITU Telecom World 2017” sərgisinə qatılıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xüsusiləşmiş təsisatı - Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə keçirilən "ITU Telecom World 2017”-də Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini cənab Elmir Vəlizadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. 4 gün davam edəcək tədbirin açılış mərasimi 25 sentyabrda Busan şəhərinin BEXCO sərgi və konfrans mərkəzində baş tutub.
"ITU Telecom World 2017” çərçivəsində keçirilən sərgi üzv ölkələr və İKT sahəsində fəaliyyət göstərən şirkətlərə innovativ xidmətlər, tətbiqlər və həlləri nümayiş etdirməyə imkan verir. Qeyd edək ki, müxtəlif dövlətləri təmsil edən 500-ə yaxın şirkətin qatıldığı sərgidə Azərbaycanın da milli pavilyonu quraşdırılıb. Milli pavilyondakı Bakcell stendində sərgi iştirakçılarına Şirkətin xidmət və məhsulları təqdim olunur.
8000-ə yaxın dövlət rəsmisi, elm adamı və biznes liderlərin qatıldığı tədbirin əsas məqsədi kiçik və orta müəssisələrin texnoloji innovasiyalarını dəstələmək və rəqəmsal iqtisadiyyatın inkişafına tövhə verməkdir. Hər il keçirilən beynəlxalq tədbir iştirakçılar üçün biliklərin mübadiləsi, maraqlı müzakirələr, müxtəlif ölkələr, təşkilatlar və şəxslər arasında İKT sahəsində işgüzar əlaqələrin qurulmasına imkan verir. Tədbir zamanı süni intellektin telekommunikasiya şəbəkəsinə tətbiqi, əşyaların interneti sahəsində yeniliklərin və süni intellektin şəhər həyatına təsiri və ictimai xidmətlərin yüksək səviyyəyə çatdırılmasında oynadığı rol haqqında maraqlı sessiyalar və müzakirələr keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























