Ölkəmizdə ilk – indi aviabiletlər də DigiTravel-lə ABB mobile tətbiqində alınır!
(®) ABB yeni strateji inkişaf dövründə həyat tərzi bankçılığı istiqamətində də ardıcıl layihələr reallaşdırıb səyahətsevərlərin tez-tez istifadə etdikləri xidmətləri eyni platformada toplayır.
Bank indiyə qədər özünün ABB mobile tətbiqində səyahət sığortası xidmətini, visa müraciətləri üçün hesabdan çıxarış və arayışların alınmasını, sırf səyahət məqsədləri üçün nəzərdə tutulan və səyahətlər zamanı böyük üstünlüklər verən TravelCard məhsulundan, ödənişlərdən millər qazandıran ABB-AZAL Miles kartlarından istifadə imkanını, xaricə səfərlər zamanı internet bağlantısına şərait yaradan ABB-eSIM xidmətini təqdim edib.
İndi isə hətta aviabiletləri də ABB mobile tətbiqindən almaq olar. Bankın təqdim etdiyi DigiTravel xidməti belə bir imkanı yaradır. Bu, ölkəmizdə məhz ABB-nin həyata keçirdiyi bir ilkdir.
İstifadəçilər tətbiq üzərindən bir çox istiqamətlərə biletlər axtara, ən uyğun reysləri seçib aviabileti tətbiqdən çıxmadan ödəniş edərək ala bilərlər. Tezliklə bu imkan bütün istiqamətlərə uçuşlara aid olacaq.
İstənilən ölkəyə və istiqamətə dünyanın aparıcı hava yollarından aviabiletlərin alınması imkanı, ödənişlərin tətbiq üzərindən birbaşa həyata keçirilməsi, mövcud biletləri real vaxtda görərək qiymətləri müqayisə edə bilmək və bilet rezervasiyası səyahətsevərlər üçün DigiTravel xidmətinin əsas üstünlükləridir. Xidmətdən istifadə çox rahatdır. Müştəriyə axtarışlarına uyğun ən sərfəli seçimlərlə bağlı tövsiyələr də verilir.
ABB səyahətsevərlərin eyni platformadan xidmət almaq imkanlarını yeni layihələrlə bundan sonra da genişləndirəcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
13 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























