Yaponiya istiqamətləri üzrə 1300 uçuş həyata keçirib, 145 min tondan çox yük daşıyıb
Son on il ərzində “Silk Way West Airlines” şirkəti Yaponiya istiqamətləri üzrə təxminən 1300 uçuş həyata keçirib və 145 min tondan çox yük daşıyıb.
Şirkətin yaydığı məlumata görə, bu göstəricilər Yaponiya bazarının aviaşirkət üçün əhəmiyyətini və şirkətin regionda dayanıqlı iştirakını əks etdirir.
Aviaşirkət 2016-cı ildə Bakı–Komatsu marşrutu üzrə ilk uçuşunu həyata keçirdikdən sonra Yaponiyadakı marşrut şəbəkəsini genişləndirərək Kansai və Narita istiqamətlərini də bu şəbəkəyə daxil edib. Hazırda “Silk Way West Airlines” Yaponiyaya həftədə iki uçuş həyata keçirir və bu ölkə ilə aviaşirkətin geniş beynəlxalq şəbəkəsi arasında mühüm yük bağlantısı yaradır.
“Silk Way West Airlines”ın Yaponiyaya uçuşlarının 10 illiyi bu ölkənin hava yükdaşımaları bazarının davamlı artım dövrünə təsadüf edir. Qiymətləndirmələrə görə, 2025-ci ildə bazarın həcmi əvvəlki illə müqayisədə təxminən 12 faiz artıb. Asiyanın aparıcı hava yük qovşaqlarından biri olan Yaponiya inkişaf etmiş infrastrukturu, müntəzəm beynəlxalq əlaqələri və yüksək dəyərli, vaxt baxımından həssas yüklərin daşınmasına xüsusi diqqəti ilə regional və qitələrarası ticarət axınlarının təmin edilməsində mühüm rol oynayır.
Bakıdakı habının imkanlarından istifadə edən “Silk Way West Airlines” Yaponiya ilə Mərkəzi Asiya, Şərqi Avropa, Yaxın Şərq və digər regionların bazarları arasında yük axınlarının inkişafına töhfə verir.
Qeyd edək ki, “Silk Way West Airlines” Yaponiyaya uçuşlarının 10 illiyini qeyd edir.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanındakı “Boeing 777F”, “747-8F” və “747-400F” yük təyyarələrindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir. Davamlılıq və səmərəlilik prinsiplərinə sadiq qalan Silk Way West Airlines 2030-cu ilə qədər donanmasını müasir “Boeing 777F”, “Boeing 777-8F” və “Airbus A350F” təyyarələri ilə yeniləməyi planlaşdırır. Aviaşirkət Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerika qitələrində 40-dan çox istiqamətə yükdaşıma xidmətləri göstərərək, illik 500 min tondan artıq yük dövriyyəsini idarə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
6 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
7 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
7 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
7 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
7 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
8 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
8 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır



























