Qlobal hərbi xərclər ötən il 2 trilyon 887 milyard dollara çatıb
Ötən il qlobal hərbi xərclər 2024-cü illə müqayisədə 2,9 faiz artaraq 2 trilyon 887 milyard dollara çatıb.
Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun yeni hesabatında bildirilir.
İnstitutun mütəxəssislərinin fikrincə, hərbi xərclər ABŞ-də azalsa da, Avropada 14 faiz, Asiya və Okeaniyada isə 8,1 faiz artıb. Ən böyük üç hərbi xərcləyici – ABŞ, Çin və Rusiya – birlikdə 1 milyard 480 milyard dollar, yəni qlobal xərclərin 51 faizini təşkil edib.
Qlobal hərbi xərclər ardıcıl 11-ci ildir artır. Bu xərclərin ÜDM-də payı 2,5 faizə çatıb ki, bu da 2009-cu ildən bəri ən yüksək göstəricidir.
2025-ci ildə hərbi xərclərə görə ilk beş ölkə - ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan olub. Bu ölkələr birlikdə qlobal hərbi xərclərin 58 faizini təşkil ediblər.
İnstitutun Hərbi Xərclər və Silah İstehsalı Proqramının tədqiqatçısı Xiao Liang bildirib: “Dövlətlər müharibə, qeyri-müəyyənlik və geosiyasi gərginliyin davam etdiyi bir şəraitdə genişmiqyaslı silahlanma proqramlarına üstünlük verirlər. Mövcud böhranların miqyası və bir çox ölkənin uzunmüddətli hərbi xərclərlə bağlı hədəfləri nəzərə alınarsa, bu artımın 2026-cı ilin sonuna və daha sonrakı dövrdə də davam edəcəyi ehtimal olunur”.
© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 10 d. əvvəl
- 12 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















