Baku Steel Company Almaniyada Tube 2026 sərgisində
(®) 13–17 aprel 2026-cı il tarixlərində Almaniyanın Düsseldorf şəhərində boru sənayesinin aparıcı beynəlxalq tədbirlərindən biri olan Tube 2026 sərgisi keçirilib. Azərbaycanı sərgidə yeganə milli iştirakçı qismində “Baku Steel Company” QSC (bundan sonra – BSC) təmsil edib.
Sərgi çərçivəsində şirkətin nümayəndə heyəti Avropa İttifaqı, ABŞ, Mərkəzi Asiya və Yaxın Şərq regionlarından olan mövcud və potensial müştərilərlə bir sıra işgüzar görüşlər keçirib. Danışıqların nəticəsi olaraq tərəfdaşların BSC-nin istehsalat sahələrinə səfərləri, eləcə də xarici regionlarda sifarişçilərin obyektlərinə texniki səfərlərin təşkili razılaşdırılıb. Keçirilən görüşlər şirkətin ixrac coğrafiyasının genişləndirilməsi və beynəlxalq işgüzar əlaqələrinin yeni müstəviyə çıxarılması baxımından əhəmiyyətli olub.
Bundan əlavə, aparıcı avadanlıq istehsalçıları ilə keçirilən görüşlərdə perspektivli birgə layihələr, uzunmüddətli təchizat imkanları və texnoloji əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Tədbirin önəmli nəticələrindən biri də BSC-nin Beynəlxalq Boru Assosiasiyasına (International Tube Association – ITA) üzvlük üçün rəsmi dəvət alması olub. Bu, şirkətin beynəlxalq bazarlardakı fəallığının, artan sənaye nüfuzunun və qlobal standartlara uyğun fəaliyyətinin göstəricisidir.
Tube sərgisi 1988-ci ildən etibarən iki ildən bir keçirilir. 2026-cı il sərgisində 40-dan çox ölkədən 1100-dən artıq şirkət iştirak edərək boru sənayesi üçün geniş çeşiddə həllər nümayiş etdirib.
Xatırladaq ki, BSC 2024-cü ildə API (American Petroleum Institute) sertifikatını əldə edərək, bu beynəlxalq standart çərçivəsində istehsal olunan boru məhsullarının ABŞ və Avropa İttifaqı bazarlarına ixracına başlayıb. Bu sertifikat şirkətin məhsullarının neft-qaz sənayesinin yüksək keyfiyyət və texniki tələblərinə uyğunluğunu təsdiq edir və beynəlxalq bazarlardakı rəqabət qabiliyyətini daha da gücləndirir.
ŞİRKƏT HAQQINDA
“Baku Steel Company” QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir və tikinti, infrastruktur və sənaye sektorları üçün yüksək keyfiyyətli polad məhsulları istehsal edir.
Ətraflı məlumat üçün: www.bakusteel.com
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
13 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
13 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
13 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
14 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























