Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İran tələb etdiyi təzminatın məbləğini açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İran tələb etdiyi təzminatın məbləğini açıqlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

İran ABŞ və İsrailin həyata keçirdiyi hücumlar nəticəsində ölkəyə dəymiş ziyanın ilkin olaraq təxminən 270 milyard dollar olduğunu açıqlayıb.

Bunu “RİA Novosti”yə müsahibəsində İran hökumətinin sözçüsü Fatma Mühacerani deyib.

Onun sözlərinə görə, müharibə dövründə müxtəlif bölgələrdə baş verən hücumlar nəticəsində infrastruktur, sənaye obyektləri və mülki yaşayış sahələrinə ciddi ziyan dəyib. Hazırda müvafiq qurumlar ziyanın dəqiq hesablanması üçün araşdırmaları davam etdirir.

Qeyd edilib ki, ilkin qiymətləndirmələrə əsasən, ümumi təzminat məbləği 270 milyard dollar civarındadır və yekun rəqəm daha sonra dəqiqləşdiriləcək.

O, məsələ ilə bağlı İran rəsmilərinin, o cümlədən, Prezident Məsud Pezeşkianın müxtəlif vaxtlıarda zərərin kompensasiyası məsələsini əsas tələb kimi gündəmə gətirdiklərini bildirib.

Mühacerani təzminat hesablamalarına mülki infrastrukturla yanaşı, hücumlar nəticəsində həlak olan şəxslərin, o cümlədən, Minab bölgəsində məktəbə edilən hücumda həyatını itirənlərin də daxil edildiyini qeyd edib.

Bildirilib ki, 8 aprel tarixində atəşkəs elan edildikdən sonra Tehran tərəfi danışıqlarda əsas şərtlərdən biri kimi “İrana dəyən ziyanın tam hesablanması və ödənilməsi” məsələsini irəli sürüb.

İş elanları AzVak.az-da

© "Qafqazinfo"

14.04.2026 09:59

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18