Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
ABŞ Prezidenti Donald Trampın İran üçün ultimatumları və mümkün razılaşma siqnalları investorları gərgin vəziyyətdə saxlayır.
Marja xəbər verir ki, investorlar qısa müddətdə müharibəni sona çatdıracaq sürətli bir razılaşmaya doğru mövqe tutmaqla, eyni zamanda neft qiymətlərini və istiqraz gəlirlərini daha da yüksəldə biləcək böyük hərbi eskalasiya (hərbi əməliyyatların güclənməsi, genişlənməsi) riskinə hazırlaşmaq arasında qalıblar. Bu, həmçinin ABŞ-da bayram səbəbindən ticarətin azaldığı həftənin başlanğıcına təsadüf edir.
Donald Tramp bazar günü kəskin və kobud bir ultimatum verərək İranı xəbərdar edib: əgər Hörmüz boğazı çərşənbə axşamı saat 20:00-a qədər açılmasa, “Cəhənnəmdə yaşayacaqlarını” və bu günün “Enerji Stansiyaları və Körpü Günü, hər ikisi bir arada” olduğunu bəyan edib.
Eyni zamanda, bazar günü Fox News-a verdiyi müsahibədə Tramp, bazar ertəsi günə qədər razılaşma əldə olunması üçün “yaxşı şans” olduğunu ümid etdiyini bildirmişdi.
Ziddiyyətli siqnallar investorları fərqli ssenarilərə uyğun mövqe tutmağa məcbur edən bir həftənin başlanmasına səbəb olub.
Buna baxmayaraq, İran Trampın son təhdidlərini rədd edib və vacib su yolunun yalnız Tehran müharibənin zərərləri üçün kompensasiya aldıqdan sonra tam açılacağını bildirib. İran həmçinin həftəsonu ərzində Körfəzdə, o cümlədən Küveytin neft mərkəzlərinə hücumlarını davam etdirib.
Nomura-nın qlobal makro tədqiqat rəhbəri Rob Subbaraman “Bazarlar gərgindir, vaxt daralır və nəticələr ikili — atəşkəs və ya eskalasiya” deyib. Trampın tonu Ağ Evin müharibəni sona çatdırmaq üçün təcili hərəkət etməyə çalışdığını göstərir", Subbaraman əlavə edib ki, investorlar eskalasiya riskinə qarşı mövqe tutmağa davam edirlər.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 saat sonra
-
- 12 d. əvvəl
-
26 d. əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
-
9 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
14 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"




























