İrandan Hörmüz qərarı: Artıq keçid haqqı alınacaq!
Donald Trumpın “Hürmüz Boğazını dərhal açmasanız bütün neft və su obyektlərinizi xəritədən silərik!” ultimatuma cavab olaraq İrandan yeni qərar gəlib. İran parlamentinin təhlükəsizlik komissiyasında Hürmüz boğazından keçən gəmilərdən bundan sonra keçid haqqı alınması barədə qərar təsdiqlənib. Beləliklə, İran Hürmüz boğazından sərbəst keçid rejimini ləğv edir və boğazdan keçən gəmilər üçün ödəniş sistemi tətbiq etməyə hazırlaşır.Hörmüz boğazından keçidlər üçün ödənişin tətbiqini nəzərdə tutan qanun layihəsi İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasından keçib.
"Fars News Agency"nin məlumatına görə, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Müctəba Zarii məsələ ilə bağlı açıqlama verib.
Zarii bildirib ki, Hörmüz boğazının idarə olunması ilə bağlı qanun layihəsi müvafiq komissiyada təsdiqlənib. Onun sözlərinə görə, layihənin məzmununda aşağıdakı məsələlər yer alır:
- maliyyə tənzimləmələri və ölkənin milli valyutası rial əsasında keçid haqqının tətbiqi,
- Amerika Birləşmiş Ştatları və İsrail üçün keçid qadağası,
- İrana qarşı birtərəfli sanksiyalara qoşulan ölkələrə məhdudiyyətlərin tətbiqi,
- İranın suverenlik rolunun və silahlı qüvvələrinin səlahiyyətlərinin tətbiqi,
- boğaz və dəniz nəqliyyatının təhlükəsizliyi,
- ekoloji məsələlər və Oman ilə hüquqi əməkdaşlıq.
Qeyd olunub ki, qanun layihəsinin qüvvəyə minməsi üçün əvvəlcə parlamentdə qəbul edilməsi, daha sonra İranın Konstitusiyasını Qoruyanlar Şurası tərəfindən təsdiqlənməsi və sonda prezident tərəfindən imzalanması tələb olunur.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əlaəddin Burucerdi isə 22 mart tarixində verdiyi açıqlamada ölkəsinin Hörmüz boğazından keçən bəzi gəmilərdən 2 milyon dollar keçid haqqı aldığını bildirmişdi.
XXX
XXX
Donald Trampın “Hörmüz Boğazını dərhal açmasanız bütün neft və su obyektlərinizi xəritədən silərik!” ultimatuma İrandan yeni qərar ilə cavab verilib. İran parlamentinin təhlükəsizlik komissiyasında Hörmüz boğazından keçən gəmilərdən bundan sonra keçid haqqı alınması barədə qərar təsdiqlənib.
Beləliklə, İran Hörmüz boğazından sərbəst keçid rejimini ləğv edir və boğazdan keçən gəmilər üçün ödəniş sistemi tətbiq etməyə hazırlaşır.
Qərar İran Milli Təhlükəsizlik Komitəsinin təşəbbüsü ilə hazırlanmış qanun layihəsi çərçivəsində qəbul edilib. Layihəyə əsasən, İran boğaz üzərində nəzarəti gücləndirərək keçidlərin öz suverenliyi çərçivəsində tənzimlənməsini nəzərdə tutur.
Komissiya üzvü Müctəba Zarei bildirib ki, “Hörmüz boğazının təhlükəsizliyi və davamlı inkişafı üzrə strateji fəaliyyət” adlı qanun layihəsi komissiya iclasında ilkin təsdiq alıb və artıq İran İslam Şura Məclisinin plenar iclasına təqdim olunmağa hazırdır.
Keçid haqqı rial ilə hesablanacaq
Zarei qeyd edib ki, layihədə boğazın təhlükəsizlik qaydaları, dəniz daşımalarının təhlükəsizliyi, ekoloji məsələlər və maliyyə mexanizmləri ilə yanaşı rialla hesablanan keçid haqqı sistemi də nəzərdə tutulur.
Bundan əlavə, sənəddə:
ABŞ və İsrailə məxsus gəmilərin boğazdan keçidinin qadağan edilməsi,
İrana qarşı birtərəfli sanksiyalara qoşulan ölkələrin keçidinə məhdudiyyətlər tətbiq olunması kimi maddələr də yer alır.
Layihədə həmçinin İranın və onun silahlı qüvvələrinin boğaz üzərində suveren rolunun həyata keçirilməsi ilə bağlı müddəalar nəzərdə tutulur. Eyni zamanda, boğazın hüquqi statusu ilə bağlı Oman ilə əməkdaşlıq imkanları da sənəddə əksini tapıb.
Qanun layihəsi necə qəbul olunur?
İranda qanun layihələri əvvəlcə müvafiq parlament komissiyalarında ətraflı müzakirə olunur və ilkin təsdiq edilir. Bu mərhələ sənədin parlamentin plenar iclasında səsverməyə çıxarılması üçün vacib sayılır. Komissiya mərhələsindən keçən layihələr daha sonra parlamentdə səsə qoyulur. Parlamentdə qəbul edilən qanunlar isə son təsdiq üçün İranın Konstitusiyasını Qoruyanlar Şurası göndərilir. Laihə Şura tərəfindən təsdiqləndikdən sonra sonda ölkə Prezidentinin imzalanması tələb olunur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
2 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 8 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq





















