İran müharibəsi restoranlara da mənfi təsir göstərir
"Fast-food" nəhəngləri "McDonald's Corporation" və "Restaurant Brands International Inc" (RBI) mürəkkəb əməliyyat mühitində fəaliyyət göstərirlər, çünki İran müharibəsi qlobal tələbat və təchizat zəncirlərinə məfi təsir göstərməyə başlayır.
Marja xəbər verir ki, ABŞ-da yerləşən investisiya araşdırmaları və sərvət idarəçiliyi şirkəti "Bernstein"in (şirkət ciddi maliyyə analizləri və fərdiləşdirilmiş şəxsi sərvət xidmətləri ilə tanınır) yeni araşdırmasına görə, hər iki şirkətin rəhbərliyi bildirib ki, hazırda ABŞ təchizat zəncirinə birbaşa təsirlər məhduddur, lakin geniş makroiqtisadi təsirlər getdikcə daha çox görünür.
Artan enerji və əmtəə xərclərinin franşiza sahiblərinin gəlir marjlarını "daraldacağı" gözlənilir. Martın əvvəlindən əldə edilən məlumatların isə istehlakçı xərclərində "soyumağa" işarə etdiyini göstərir. Qeyd edək ki, neft idxal edən ölkələrdə yanacaq bahalaşdığı üçün, qiymətlər də (inflyasiya) yüksəlir.
Aşağı gəlirli istehlakçılar və “benzin sıxıntısı”
Münaqişə artıq maliyyə çətinlikləri ilə üzləşmiş aşağı gəlirli istehlakçılara əlavə təzyiq göstərir. Analitiklər qeyd edirlər ki, bu demoqrafik qrup gəlirinin nisbətən böyük hissəsini yanacağa xərcləyir, yəni son benzinin qiymətinin artması qida üçün ayrılan xərclərə birbaşa təsir göstərir.
"McDonald’s" hedcinq proqramlarından istifadə edərək korporativ mağazalar və franşiz sahiblərini ani dəyişkənlikdən qoruyub. Lakin "Bernstein" xəbərdarlıq edir ki, əgər enerji qiymətləri 2026-cı ilin ikinci yarısına qədər yüksək qalarsa, hedclər bazar qiymətləri üzrə yenilənəcək. Bu halda franşiz sahiblərinin mənfəət yükü artır, mağaza təmir və rəqəmsal genişlənmə planları ləngiyə bilər.
Beynəlxalq təsir və əməliyyat çətinlikləri
Coğrafi-siyasi vəziyyət xüsusilə Asiyada ciddi narahatlıq yaradıb. Hər iki şirkət burada “nöqtəvi” təchizat zəncirlərindən və artan logistika xərclərindən şikayətlənir. "Restaurant Brands International" ("Burger King", "Popeyes" və "Tim Hortons"un ana şirkəti) üçün əsas çətinlik, yerli operatorlar artan xərclərlə mübarizə apararkən davamlı dəyər mesajını qorumaqdır.
Mövcud təzyiqlərə baxmayaraq, analitiklər hər iki şəbəkənin uzunmüddətli inkişaf potensialına diqqət yetirirlər, lakin yaxın gələcək maliyyə hesabatlarında satışlar ilə bağlı “ehtiyatlı” bəyanat və məlumatların əks olunacağı xəbərdarlığını da edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
44 d. əvvəl
Azərbaycandan Qanaya biznes missiyanın təşkili planlaşdırılır
-
56 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
1 saat əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
1 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi






.jpg)
.jpg)









.jpg)


