Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tramp NATO-dan küsüb - "Artıq yardımınıza ehtiyacımız yoxdur"

Donald Trampdan NATO çıxışı: Artıq yardımınıza ehtiyacımız yoxdur
iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp NATO-dan küsüb - "Artıq yardımınıza ehtiyacımız yoxdur"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp, İrana qarşı həyata keçirilən əməliyyatlardan sonra NATO ölkələrinin dəstəyinə ehtiyac duymadıqlarını bildirərək, alyansın birtərəfli işlədiyini iddia edib. Tramp, müharibə ilə əlaqədar olaraq Çinə planlaşdırılan səfərin bir ay təxirə salınmasını xahiş etdiyini və səfərin 5-6 həftə ərzində baş tutacağını bildirib.

XXX

ABŞ Prezidenti Donald Tramp, NATO ölkələrinin ABŞ və İsrailin İrana qarşı başladığı və qarşılıqlı hücumlarla davam edən regional münaqişəyə qoşulmalarına artıq ehtiyac qalmadığını və ya bu dəstəyi istəmədiklərini bildirib.

Tramp bu barədə sosial media hesabında paylaşım edib.

O, NATO müttəfiqlərinin böyük əksəriyyətindən ABŞ və İsrailin İrana qarşı apardığı hərbi əməliyyata qoşulmaq istəmədikləri ilə bağlı rəy aldıqlarını qeyd edərək deyib: “Halbuki demək olar ki, hər bir ölkə gördüklərimizlə qəti şəkildə razı idi və İranın heç bir halda, heç bir şərt altında nüvə silahına sahib olmasına icazə verilməməli idi.”

Tramp bildirib: “Lakin bu davranış məni təəccübləndirmədi, çünki hər il bu ölkələri qorumaq üçün yüz milyardlarla dollar xərclədiyimiz NATO-nu həmişə birtərəfli yol kimi görmüşəm. Biz onları qoruyacağıq, amma onlar bizim üçün heç nə etməyəcəklər, xüsusilə də bizim ehtiyac olanda.”

O, İranın ordusunu və müxtəlif səviyyələrdəki rəhbərlərini zərərsizləşdirdiklərini iddia edərək əlavə edib: “Belə böyük hərbi uğur əldə etdiyimiz üçün artıq NATO ölkələrinin yardımına "ehtiyacımız" yoxdur və ya bunu istəmirik. Heç vaxt ehtiyacımız olmayıb. Eyni şəkildə Yaponiya, Avstraliya və ya Cənubi Koreyanın da yardımına ehtiyacımız yoxdur.”

Tramp daha əvvəl verdiyi müsahibədə NATO müttəfiqlərinin Hörmüz boğazının təhlükəsizliyini təmin etməməsinin “NATO-nun gələcəyi üçün çox pis” olacağı barədə xəbərdarlıq etmişdi.

“Çinə səfərimiz 5-6 həftə ərzində baş tutacaq”

Tramp, Xi Jinping ilə planlaşdırılan görüşün təxirə salındığını açıqlayaraq, iki ölkə arasında ticarət danışıqları ilə bağlı qeyri-müəyyənliyi artırıb.

O bildirib ki, müharibə prosesi zamanı Vaşinqtonda qalmaq üçün Çindən görüşün təxminən bir ay təxirə salınmasını istəyib və görüş üçün yeni tarixin beş və ya altı həftə ərzində dəqiqləşəcəyini qeyd edib.

Bu təxirə salınma, Trampın Çinlə münasibətləri sabitləşdirmək səyləri baxımından müvəqqəti də olsa geri addım kimi qiymətləndirilib.

 

ABŞ və Çin rəsmiləri daha əvvəl bir araya gələrək, Çinin ABŞ-yə yatırımları və qabaqcıl yarımkeçiricilərin ixracı da daxil olmaqla mümkün razılaşma mövzularını müzakirə etmişdilər.

18.03.2026 07:49

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18