Azərbaycan holdinqilə Asiya Bankı arasında Anlaşma
Anlaşma Memorandumu investisiya layihələrinin müəyyənləşdirilməsi, hazırlanması və həyata keçirilməsi istiqamətində əməkdaşlıq çərçivəsini formalaşdırır.AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) dövlət sektoru (2-ci region), layihə və korporativ maliyyə (qlobal) müştəriləri üzrə baş investisiya direktoru Konstantin Limitovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı nəqliyyat və telekommunikasiya infrastrukturu üzrə maliyyələşdirmə və investisiya imkanlarının araşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Sonda Azərbaycanın nəqliyyat və telekommunikasiya infrastrukturu sektorlarında investisiya layihələrinin müəyyənləşdirilməsi, hazırlanması və həyata keçirilməsi istiqamətində əməkdaşlıq çərçivəsinin formalaşdırılması məqsədilə AZCON Holding ilə Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, martın 9-13-nü əhatə edən səfər çərçivəsində AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirib, əməkdaşlıq imkanları müzakirə olunub, mövcud layihələrə dair fikir mübadiləsi aparılıb və gələcək tərəfdaşlıq perspektivləri nəzərdən keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























