Tesla-nın Avropada satışı ardıcıl 13-cü ay azalıb, BYD isə bazar payını sürətli artırır
ABŞ-ın elektrikli avtomobil (elektromobil) istehsalçısı Tesla-nın Avropadakı satışları 2026-cı ilin yanvar ayı daxil olmaqla ardıcıl 13-cü ay azalıb. Şirkətin ən böyük çinli rəqibi olan BYD isə satış artımını davam etdirib.
Marja.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (European Automobile Manufacturers’ Association (ACEA)) çərşənbə axşamı dərc etdiyi məlumatlara görə, Avropada yeni Tesla qeydiyyatı (satış) yanvar ayında 8075 ədədə düşüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% azalma deməkdir və satışların ardıcıl 13-cü ay geriləməsi kimi qeydə alınıb.
Tesla-nın Avropa İttifaqı, Böyük Britaniya, İsveçrə, Norveç və İslandiya üzrə bazar payı isə 1%-dən 0,8%-ə enib.
Niderlandın ING bankının nəqliyyat və logistika üzrə baş sektor iqtisadçısı Riko Luman CNBC-yə elektron poçt vasitəsilə bildirib ki, bu göstərici İlon Maskın şirkəti üçün daha bir il üzrə “çox zəif” başlanğıcıdır.
Onun sözlərinə görə, ötən il Tesla-nın Avropadakı imici zəifləyib və hazırda istehlakçıların seçimi daha genişdir. Bazar yeni və daha münasib qiymətli elektrikli avtomobillərlə (o cümlədən BYD, MG Motor və ZEEKR kimi brendlərin modelləri) zənginləşib, halbuki Tesla yeni modellər təqdim etmir.
Luman əlavə edib ki, Tesla-nın yeni avtomobillər və kütləvi modellər xəttini genişləndirmək əvəzinə, avtonom idarəetməyə fokuslanması da azalmaya təsir edən amillərdəndir.
Həmçinin ekspert qeyd edib ki, Avropada ilk nəsil Tesla modellərinin böyük hissəsi hazırda təkrar bazara çıxarılır (4-6 illik lizinq müddəti başa çatdıqdan sonra). Bu isə ikinci əl avtomobillərin qiymətlərinin aşağı düşməsinə səbəb olub. Nəticədə, bazarda daha münasib qiymətlər ilə çoxlu sayda işlənmiş Tesla mövcuddur.
Tesla Avropada bir sıra çətinliklərlə üzləşib. Bunlara xüsusilə Çin avtomobil brendlərinin güclü rəqabəti daxildir. Bundan əlavə, ABŞ Prezidenti vəzifəsinə ötən ilin yanvarında yenidən qayıdan Donald Tramp ilə yaxın münasibətləri və İlon Maskın sərt ritorikası şirkətin reputasiyasına mənfi təsir göstərib.
Mask Donald Trampın ikinci müddətə seçilməsinə dəstək məqsədilə təxminən 300 milyon dollar xərcləyib və sonradan federal qurumların ixtisarına yönəlmiş təşəbbüsə rəhbərlik edib. Maskın Ağ Ev ilə sıx əlaqələrinin pik dövründə Avropada Tesla diler mərkəzləri qarşısında etiraz aksiyaları keçirilib.
Daha sonra Maskın Tramp ilə münasibətləri sosial şəbəkələrdə baş verən kəskin mübahisədən sonra soyuyub.
Çərşənbə axşamı Tesla səhmləri 0,5% ucuzlaşıb. Şirkətin səhmləri ilin əvvəlindən bəri ümumilikdə təxminən 11% dəyər itirib.
BYD sürətli artımı davam etdirir
Məlumatlara görə, Çinin elektrikli avtomobil nəhəngi BYD 2026-cı ilin əvvəlində Avropada sürətli artım tempini qoruyub. Şirkətin yeni avtomobil qeydiyyatları yanvar ayında illik müqayisədə 165% artaraq 18 242 ədədə çatıb.
BYD region üzrə bazar payını da iki dəfədən çox artıraraq ötən ilin yanvarındakı 0,7%-dən 1,9%-ə yüksəldib. ABŞ isə Çin istehsalı olan elektrikli avtomobillərə tətbiq olunan 100%-lik rüsum da daxil olmaqla tarif siyasəti səbəbindən BYD üçün böyük ölçüdə bağlı olaraq qalır.
"Morningstar"ın səhmlər üzrə Baş strateqi Michael Field bildirib ki, Tesla kimi şirkətlər üçün əsas problemlərdən biri Çin avtomobil istehsalçılarının, xüsusilə BYD-nin aşılması çətin olan xərc üstünlüyünə malik olmasıdır.
“Əsas sual budur: bu tendensiya davam edəcəkmi? Təəssüf ki, Avropa avtomobil istehsalçıları və Tesla üçün cavab bəlidir”, – deyə o, CNBC-yə bildirib.
Field əlavə edib ki, hətta 5 il sonrakı perspektivdə belə, Çində əmək xərclərinin struktur olaraq daha aşağı olması səbəbindən bu xərc üstünlüyünün tam aradan qalxacağı gözlənilmir.
Bununla belə, müəyyən müsbət məqamlar da var. Onun sözlərinə görə, Avropa istehsalçıları və Tesla artıq bu vəziyyətdən dərs çıxarır. Batareya və avtomobil istehsalında xərc fərqi tədricən azalır, şirkətlər daha aşağı qiymətli modellər təqdim edir ki, bu da bazar payı itkisinin qarşısını qismən ala bilər.
Ümumilikdə, Avropa İttifaqı, Böyük Britaniya və Avropa Azad Ticarət Assosiasiyası (EFTA) ölkələrində avtomobil satışları yanvar ayında 3,5% azalaraq 961 382 ədəd təşkil edib.
Yanvar ayında benzin mühərrikli avtomobillərin qeydiyyatı illik müqayisədə təxminən 26% azalıb. Eyni dövrdə batareya ilə işləyən elektrikli avtomobillər 14%, plug-in hibridlər 32%, hibrid-elektrik avtomobillər isə 6% artım göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 2 gün sonra
-
- 32 d. əvvəl
-
1 saat əvvəl
Bolt: Azərbaycan ofisinin rəhbərliyində dəyişikliklərin baş verdiyini təsdiqləyirik
-
1 saat əvvəl
KOBİA və AZPROMO-nun əsasında yeni Agentlik yaradılacaq - FƏRMAN
-
1 saat əvvəl
Tesla-nın Avropada satışı ardıcıl 13-cü ay azalıb, BYD isə bazar payını sürətli artırır
-
3 saat əvvəl
Sumqayıt Sənaye Parkında ötənilki satışın yarısı ixraca yönəldilib
-
3 saat əvvəl
Yevlax Pilot Aqroparkına investisiya qoyuluşu 60 milyon manata yaxınlaşıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
KOBİA və AZPROMO-nun əsasında yeni Agentlik yaradılacaq - FƏRMAN
Dövlət müəssisələri tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formaları təsdiq edilib
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
Ən çox oxunanlar
“Xudafərin”, “Qız Qalası” və “Ordubad” stansiyalarının icrası və elektrik enerjisinin ixracı ilə bağlı müzakirələr aparılıb
Naxçıvanda içməli su ilə təminat subartezian quyular ilə yaxşılaşdırılacaq - 40 QUYU QAZILACAQ, SİYAHI
Fevralın 25-də gözlənilən hava şəraiti
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
Milli maraqlara zidd olan biznes dövlət tərəfindən alınacaq
























