Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Lənkəran şəhərində yeni inşa edilmiş 90 çarpayılıq "Yaşa Hospital"ın açılış mərasimi keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov iştirak ediblər.
Ümumi dəyəri 9 milyon manat, sahəsi 0,22 hektar, tikinti sahəsi 4 min kvadratmetr olan hospitalın tikintisinə 2022-ci ildən başlanılmışdı. 3 mərtəbə və mansarddan ibarət olan, ən müasir avadanlıqlarla təchiz edilən hospitalda 6 əməliyyat bloku, laboratoriya kabineti, 8 nəfərlik ümumi reanimasiya və 4 nəfərlik kardio reanimasiya bloku mövcuddur. Hospitalda ürək-damar, travmatoloji, neyroloji, ümumi, oftalmoloji və plastik cərrahiyyə, angioqrafiya xidmətləri göstəriləcək.
Hospitalın ümumi xəstə tutumu 90 nəfərlik, iş yerlərinin sayı isə 150 nəfərdir. Bu müasir səhiyyə müəssisəsində bir gündə 300 nəfərə xidmət göstərilməsi nəzərdə tutulub.
Təcili tibbi yardımın təşkili üçün hospital biri reanimobil olmaqla 2 ambulans avtomobillə təmin olunub və 3 yerlik təcili yardım xidməti şöbəsi yaradılıb.
Tibbi avadanlıqlar Almaniya, Türkiyə, Cənubi Koreya və Yaponiyadan gətirilib. Bu avadanlıqlar hesabına regionda ilk dəfə olaraq "Yaşa Hospital"da laporoskopik, endoskopik və kolonoskopik əməliyyatları həyata keçiriləcək.
Qeyd edək ki, ölkəmizdə səhiyyə sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir və Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu sahəyə daim xüsusi diqqət və qayğı göstərirlər. Səhiyyənin inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, tibbi xidmətlərin ən müasir səviyyəyə çatdırılması, müasir tibb müəssisələrinin inşası və mövcud tibb müəssisələrinin əsaslı bərpası diqqət mərkəzində saxlanılır. Dövlət başçısının regionların sosial-iqtisadi inkişafı siyasətinin tərkib hissəsi kimi bütün bölgələrdə, o cümlədən cənub regionunda səhiyyə son dövrlər xeyli inkişaf edib.
© "Azərbaycan"
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
-
-
4 saat əvvəl
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"ABŞ-ın “sürətli qələbə” və “rejim dəyişikliyi” kimi hədəfləri uğursuz olub"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
Qeyri-müəyyənlik yüksək olaraq qalır, neft qiymətləri artır
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
Ən çox oxunanlar
Putin Rusiyadan külçə qızıl ixracını qadağan edib
Tramp: İran razılaşmaq istəyir, amma bunu deməyə qorxur
İran: ABŞ ilə heç bir danışıqlar aparılmır
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur




















