Kanada şirkəti: Quba–Xəzəryanı regionunda 2027-ci ildə seysmik və qazma işlərinə başlamağı planlaşdırırıq
Kanadanın "Gran Tierra Energy Inc." şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə imzalanmış Azərbaycanın Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində 2027-ci ildə seysmik və qazma işlərinə başlamağı planlaşdırır.
Bu barədə "Gran Tierra"nın məlumatında bildirilib.
Şirkətin məlumatına görə, müqavilə sahəsi təxminən 65 km uzunluğunda strukturu əhatə edir, buradan 100 milyon bareldən çox neft və 200 milyard kubfutdan çox təbii qaz hasil edilib.
Saziş çərçivəsində yataqların kəşfiyyatı və qiymətləndirilməsi üçün beş il, həmçinin işlənmə müddətinin daha beş il uzadılması imkanı ilə iqtisadi cəhətdən səmərəli olan istənilən yataqların işlənməsi üçün 25 il nəzərdə tutulub.
"Kəşfiyyat dövrü ilkin üçillik mərhələdən və onun ardınca gələn ikinci ikiillik mərhələdən ibarətdir. İlkin mərhələ qravimetrik məlumatların toplanması, həmçinin iki quyunun qazılması və 250 kv. km sahədə 3D-seysmik məlumatların əldə edilməsi öhdəliyini əhatə edir.
İkinci mərhələ isə əlavə iki quyunun qazılmasını və daha 250 kv. km sahədə 3D-seysmik məlumatların əldə edilməsini nəzərdə tutur", - məlumatda qeyd edilib.
Bildirilib ki, şirkət ilkin mərhələ başa çatdıqdan sonra ikinci mərhələyə keçmək hüququna malikdir.
"Gran Tierra" aeroqravimetrik tədqiqatlara 2026-cı ildə, seysmik və qazma işlərinə isə 2027-ci ildə başlamağı planlaşdırır. Bu işlərin şirkətin əməliyyat fəaliyyətindən daxil olan proqnozlaşdırılan xalis pul vəsaitləri hesabına maliyyələşdiriləcəyi ehtimal edilir", - məlumatda bildirilib.
Xatırladaq ki, 2026-cı il fevralın 19-da SOCAR ilə "Gran Tierra Energy Inc." şirkəti arasında Azərbaycanın Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək "Gran Tierra Energy Inc." 65 % iştirak payına malik olacaq.
© "Report"
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
11 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
























