Böyük Britaniyada yaşı 16-dan aşağı olanlara sosial media məhdudiyyəti olacaq
Böyük Britaniyanın Baş naziri Keir Starmer, mövcud qaydaların uşaqları sosial medianın risklərindən qorumaqda kifayət etmədiyini bildirərək, yaşı 16-dan aşağı olanların sosial media istifadəsini qadağan etmək və ya məhdudlaşdırmaq istiqamətində aylar ərzində addım atacaqlarını açıqlayıb.Böyük Britaniyanın Baş naziri Keir Starmer, ölkədə qüvvədə olan qanun-qaydaların uşaqları internetin zərərli təsirlərindən kifayət qədər qorumadığını bildirərək, yaşı 16-dan aşağı olanların sosial media istifadəsinin qarşısının alınması və ya məhdudlaşdırılması ilə bağlı addımların qısa müddətdə atılacağını deyib.
Marja xəbər verir ki, Starmer, Londonda qatıldığı tədbirdə, yaşı 16-dan aşağı olanlara sosial media qadağası və ya məhdudiyyəti planı ilə bağlı açıqlamalar verib.
Bu sahədə sürətli şəkildə bir qanun hazırlayıb qüvvəyə mindirmək niyyətində olduqlarını bildirən Starmer, süni intellekt çat-botlarının da uşaqlar baxımından ciddi risklər daşıdığını və bu mövzuda da zəruri addımların atılacağını qeyd edib.
Starmer, qadağanın problemin həllində nəzərdən keçirilən variantlardan biri olduğuna işarə edərək, “Üç aydır davam edən məsləhətləşmə prosesində əldə edilən sübutlara əsasən qərar verəcəyik” deyib.
Qadağa tətbiq edilib-edilməməsi ilə bağlı müxtəlif fikirlərin olduğunu vurğulayan Starmer, “Bəziləri 16 yaşdan aşağı olan hər kəsə sosial media qadağası tətbiq edilməli olduğunu deyir. Uşaqların Müdafiəsi üzrə Milli Cəmiyyət (NSPCC) kimi uşaqları qoruma sahəsində çalışan qurumlar isə buna "yox" deyirlər. Onlar bunun uşaqları daha qaranlıq guşələrə itələyəcəyini bildirirlər”,- deyib.
Uşaqların sosial medianı faydalı məqsədlərlə də istifadə etdiyini qeyd edən Starmer, “Bizə illərlə deyil, aylar ərzində hərəkət etmək səlahiyyəti verilib. Təkcə yaş məsələsinə deyil, eyni zamanda avtomatik sürüşdürmə funksiyasına malik, sizi davamlı olaraq ekrana bağlayan və sürüşdürməni heç vaxt dayandıra bilməməyinizə səbəb olan cihazlar və tətbiqlər məsələsində də çox sürətli hərəkət etməliyik”, - deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























